Siyasət
Pleyeri seçin:

Xankəndiyə gedən yollara nəzarət gücləndirilir

25 mart 2023

“Son günlər Ermənistandan Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina və eləcə də digər hərbi təyinatlı vasitələrin daşınması intensivləşib. Bu daşımalar xüsusilə gecə vaxtı və dumanlı hava şəraitindən istifadə etməklə həyata keçirilir”.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən bəzi dağlıq və torpaq ərazilərdən keçməklə bir neçə marşrut üzrə yeni yolların çəkilməsi, həmçinin köhnə cığırların genişləndirilməsi üzrə işlər həyata keçirilir. Bu məqsədlə hərbi, mühəndis və xüsusi texnikadan, habelə işçi qüvvəsi kimi müqaviləli əsasda hərbi xidmətə cəlb olunmuş şəxslər və yerli sakinlərdən istifadə olunur.

Son bir neçə gündə Xankəndi-Xəlfəli-Turşsu və bu marşrutdan şimalda keçən Xankəndi-Kosalar-Mirzələr-Turşsu yollarında ermənilər tərəfindən qeyri-qanuni tikinti və təkmilləşdirmə işlərinin intensivləşməsi Azərbaycan Ordusunun texniki müşahidə vasitələri ilə qeydə alınıb. Bu yollardan həmçinin qeyri-qanuni erməni silahlı dəstələrinin döyüş mövqelərinin təminat və təchizatını həyata keçirmək üçün istifadə olunur.

Azərbaycan tərəfinin çoxsaylı müraciətlərinə və bu xüsusda aparılan müzakirələrə baxmayaraq, silah-sursat və digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınması üçün bu günədək heç bir zəruri tədbir görülməyib.

Yaranan vəziyyət nəzərə alınaraq Laçın yolunun şimalındakı torpaq yollarından qeyri-qanuni fəaliyyətlər üçün istifadənin, eləcə də Ermənistan tərəfindən silah-sursat daşımaqla vəziyyətin gərginləşməsinin və potensial təxribatların törədilməsinin qarşısının alınması məqsədilə Azərbaycan Ordusunun bölmələri tərəfindən lokal zəruri nəzarət tədbirləri həyata keçirilib.

Ali Baş Komandan İlham Əliyevin tarixi nailiyyəti

Ali Baş Komandan İlham Əliyevin tarixi nailiyyəti

Siyasət
29 sentyabr 2023
Çavuşoğlu Qənirə Paşayeva ilə bağlı paylaşım etdi

Çavuşoğlu Qənirə Paşayeva ilə bağlı paylaşım etdi

Siyasət
29 sentyabr 2023
İlham Əliyev Zəngilan rayonunun Alıbəyli kəndinin təməlini qoyub

İlham Əliyev Zəngilan rayonunun Alıbəyli kəndinin təməlini qoyub

Siyasət
29 sentyabr 2023
Prezident Zəngilan şəhər məscidində görülən işlərlə tanış olub

Prezident Zəngilan şəhər məscidində görülən işlərlə tanış olub

Siyasət
29 sentyabr 2023
Zəngilanda eyni adlı kəndin təməli qoyuldu

Zəngilanda eyni adlı kəndin təməli qoyuldu

Siyasət
29 sentyabr 2023
Qənirə Paşayevanın dəfni ilə bağlı məsələlər nəzarətə götürüldü

Qənirə Paşayevanın dəfni ilə bağlı məsələlər nəzarətə götürüldü

Siyasət
29 sentyabr 2023
Qondarma rejim tarixin zibilliyinə atıldı

Qondarma rejim tarixin zibilliyinə atıldı

Siyasət
29 sentyabr 2023
Ordumuz separatçıların sonunu gətirdi: millət vəkii antiterror tədbirlərindən danışdı

Ordumuz separatçıların sonunu gətirdi: millət vəkii antiterror tədbirlərindən danışdı

Siyasət
28 sentyabr 2023
Ayxan Hacızadədən Ermənistana sərt sözlər: Paşinyanın iddialarına tutarlı cavab

Ayxan Hacızadədən Ermənistana sərt sözlər: Paşinyanın iddialarına tutarlı cavab

Siyasət
28 sentyabr 2023
Prezident Administrasiyası məlumat yaydı: ermənilər bu qaydada qeydiyyata alınacaq

Prezident Administrasiyası məlumat yaydı: ermənilər bu qaydada qeydiyyata alınacaq

Siyasət
28 sentyabr 2023
Seçilmişlər
icon