Siyasət
Pleyeri seçin:
Xəzərdə "AZIREX-2024" birgə taktiki təlimi keçiriləcək
Azərbaycan Müdafiə Nazirliyi ilə İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahı arasında imzalanan hərbi və texniki əməkdaşlığa dair birgə komissiyanın iclasının protokoluna əsasən, Azərbaycan və İran İslam Respublikası Ordusunun Hərbi Dəniz Qüvvələrinin bir qrup şəxsi heyəti və gəmisinin iştirakı ilə “AZIREX-2024” birgə taktiki təlimi keçiriləcək.
Noyabrın 2-də təlimdə iştirak etmək məqsədilə qonşu ölkəyə səfər edən Azərbaycan Ordusunun şəxsi heyət və döyüş gəmiləri Ənzəli dəniz limanına gəliblər.
Xəzər dənizinin İran İslam Respublikasına mənsub hissəsində keçiriləcək “Dənizdə axtarış-xilasetmə” təliminə Azərbaycan Hərbi Dəniz Qüvvələrinin 2 gəmisi və 100-dən çox şəxsi heyəti qatılacaq.
Kopyalandı
Seçilmişlər