Siyasət
Pleyeri seçin:

XİN 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü il bağlı bəyanat yayıb

31 mart 2024

Xarici İşlər Nazirliyi 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü il bağlı bəyanat yayıb.

Bildirilib ki, 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü radikal erməni qruplaşmalarının irqi ayrı-seçkilik və dözümsüzlüyünün qurbanı olan, sistematik etnik təmizləmə və soyqırımına məruz qalan günahsız həmvətənlərimizin xatirəsinin yad edildiyi gündür.

Tarix boyu azərbaycanlıların doğma torpaqlarından etnik təmizlənməsinin həyata keçirilməsi istiqamətində mövcud bütün üsullardan istifadə edən radikal ermənilər 1918-ci ilin mart-aprel aylarında həmvətənlərimizə qarşı amansız qırğınlar törədiblər.

Bakı, Şamaxı, Quba, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran, habelə digər bölgələrdə yaşayan onminlərlə azərbaycanlı xüsusi amansızlıqla qətlə yetirilib, bir çox yaşayış məntəqələri, dini-mədəni abidələr dağıdılıb. Kütləvi qırğınlar nəticəsində təkcə Qubada xüsusi qəddarlıqla 16.000-dən artıq insan qətlə yetirilib, 167 kənd məhv edilib.

Ermənistanda yaşayan azərbaycanlıların kütləvi deportasiyası, bu ölkənin Azərbaycana qarşı hərbi təcavüzü və işğalı dövründə törədilən etnik təmizləmə və soyqırımı cinayətləri, 44 günlük Vətən müharibəsində hərbi əməliyyatların getdiyi ərazilərdən kənarda məskunlaşan mülki əhaliyə qarşı müharibə cinayətləri azərbaycanlılara qarşı sistematik etnik nifrət və dözümsüzlük siyasətinin hələ də davam etdirildiyini göstərib.

“Tarixdən dərs çıxarılması, bu kimi qanlı hadisələrin bir daha baş verməsinin qarşısının alınması, cinayətkarların cəzasızlığına son qoyulması hazırkı postmünaqişə dövründə bölgədə sülh üçün yaranmış imkanların dəyərləndirilməsi baxımından olduqca əhəmiyyətlidir.

Bu istiqamətdə Ermənistanda yenidən revanşizmin baş qaldırmasına yol verilməməsi bu ölkənin rəhbərliyi ilə yanaşı, beynəlxalq ictimaiyyətdən əhəmiyyətli dərəcədə asılıdır.

31 Mart– Azərbaycanlıların Soyqırımı Günündə etnik nifrət və soyqırımına məruz qalan günahsız azərbaycanlıların əziz xatirəsini dərin hüzn və ehtiramla yad edirik”, – deyə bəyanatda qeyd olunub.

COP29-da diqqətçəkən məqamlar | Kollektiv Qərbə sərt reaksiya

COP29-da diqqətçəkən məqamlar | Kollektiv Qərbə sərt reaksiya

Siyasət
23 noyabr 2024
COP29-un on üçüncü günündə nələr müzakirə ediləcək?

COP29-un on üçüncü günündə nələr müzakirə ediləcək?

Siyasət
23 noyabr 2024
Paşinyandan sülhlə bağlı mühüm açıqlama

Paşinyandan sülhlə bağlı mühüm açıqlama

Siyasət
23 noyabr 2024
Ekspert delimitasiya prosesinə mane olan səbəbləri açıqladı

Ekspert delimitasiya prosesinə mane olan səbəbləri açıqladı

Siyasət
23 noyabr 2024
Bir qarış torpağımız belə Ermənistan nəzarətində qala bilməz | Hərbi ekspert

Bir qarış torpağımız belə Ermənistan nəzarətində qala bilməz | Hərbi ekspert

Siyasət
23 noyabr 2024
COP29-un baş danışıqçısı həllini tapmayan məsələlərdən danışdı | Bu məqsədəuyğun deyil

COP29-un baş danışıqçısı həllini tapmayan məsələlərdən danışdı | Bu məqsədəuyğun deyil

Siyasət
23 noyabr 2024
Almaniyanın xarici işlər naziri qlobal istiləşmədən danışdı | Təxirəsalınmaz addımlar atılmalıdır

Almaniyanın xarici işlər naziri qlobal istiləşmədən danışdı | Təxirəsalınmaz addımlar atılmalıdır

Siyasət
22 noyabr 2024
COP29-un 12-ci günündə iştirakçılar təəssüratlarını bölüşdü | Əsas gözləntilər nələrdir?

COP29-un 12-ci günündə iştirakçılar təəssüratlarını bölüşdü | Əsas gözləntilər nələrdir?

Siyasət
22 noyabr 2024
Qırğızıstan Nazirlər Kabinetinin sədr müavini COP29-la bağlı təssüratlarını bölüşdü

Qırğızıstan Nazirlər Kabinetinin sədr müavini COP29-la bağlı təssüratlarını bölüşdü

Siyasət
22 noyabr 2024
BMT-nin Baş katibi COP29-la bağlı paylaşım etdi | Önəmli müzakirələr aparıldı

BMT-nin Baş katibi COP29-la bağlı paylaşım etdi | Önəmli müzakirələr aparıldı

Siyasət
22 noyabr 2024
Seçilmişlər
icon