Pleyeri seçin:

XİN başçısı BMT-də keçirilmiş müzakirələrdə çıxış edib

27 may 2026 448 baxış

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Nyu-York şəhərində Çinin sədrliyi ilə BMT Təhlükəsizlik Şurasının "Beynəlxalq sülh və təhlükəsizliyin qorunması: BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə hörmət, BMT mərkəzli beynəlxalq sistemin gücləndirilməsi" mövzusunda keçirilmiş açıq müzakirələrdə iştirak edib.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazir çıxışında Azərbaycanın beynəlxalq hüquqa, multilateralizmə və BMT-nin bugünkü qlobal çağırışların həllində mərkəzi roluna güclü bağlılığını bir daha təsdiqləyib. Bundan başqa, Ceyhun Bayramov BMT-nin Baş katibi Antonio Quterreş ilə də görüşüb.

Görüş zamanı Azərbaycan və BMT arasında mövcud əməkdaşlıq gündəliyi, habelə bölgədəki cari vəziyyət müzakirə olunub.

C.Bayramov Azərbaycanın BMT, onun ixtisaslaşmış qurumları ilə faydalı əməkdaşlıq etdiyini bildirib. Xüsusilə ölkəmizdə cari ilin 17–22 may tarixlərində təşkil olunan Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının uğurla keçirilməsi məmnunluqla qeyd olunub. Bununla yanaşı, Azərbaycanın Mərkəzi Asiya ilə strateji əlaqələri, nəqliyyat və kommunikasiya sahəsində rolu vurğulanıb.

Postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar, keçmiş məcburi köçkünlərin öz evlərinə ləyaqətli qayıdışının təmininə istiqamətlənən bərpa və quruculuq işləri, Azərbaycan-Ermənistan normallaşma prosesi, etimad-quruculuğu tədbirləri, habelə bölgədə mina təhdidi barədə qarşı tərəfə ətraflı məlumat verilib.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Banner
Bir Qələbə, milyonlarla qürur və unudulmayan qəhrəmanlıq - Baku TV CANLI

Bir Qələbə, milyonlarla qürur və unudulmayan qəhrəmanlıq - Baku TV CANLI

Siyasət
07 noyabr 2026 448 baxış
Prezidentin sosial şəbəkə hesablarında Qarabağa səfəri ilə bağlı videoçarx paylaşılıb - Baku TV

Prezidentin sosial şəbəkə hesablarında Qarabağa səfəri ilə bağlı videoçarx paylaşılıb - Baku TV

Siyasət
07 noyabr 2026 448 baxış
İrəvanın yeni təhlükəsizlik axtarışı

İrəvanın yeni təhlükəsizlik axtarışı

Siyasət
07 noyabr 2026 448 baxış
Azərbaycan, ABŞ və Ermənistan hökumətləri birgə bəyanat yaydı

Azərbaycan, ABŞ və Ermənistan hökumətləri birgə bəyanat yaydı

Siyasət
07 noyabr 2026 448 baxış
Prezidentin sosial şəbəkə hesablarında İkinci Qarabağ müharibəsinə dair kadrlar paylaşılıb - Baku TV

Prezidentin sosial şəbəkə hesablarında İkinci Qarabağ müharibəsinə dair kadrlar paylaşılıb - Baku TV

Siyasət
07 noyabr 2026 448 baxış
Azərbaycan, ABŞ və Ermənistan arasında texniki əməkdaşlıq genişlənir - Baku TV

Azərbaycan, ABŞ və Ermənistan arasında texniki əməkdaşlıq genişlənir - Baku TV

Siyasət
07 noyabr 2026 448 baxış
Haqqıxlı kəndinin adı dəyişdirildi, azərbaycanlı sakinləri isə doğma yurdlarından qovuldular

Haqqıxlı kəndinin adı dəyişdirildi, azərbaycanlı sakinləri isə doğma yurdlarından qovuldular

Siyasət
07 noyabr 2026 448 baxış
İlham Əliyev Ağdam Zeytun müəssisəsinin fəaliyyəti ilə tanış olub - Baku TV

İlham Əliyev Ağdam Zeytun müəssisəsinin fəaliyyəti ilə tanış olub - Baku TV

Siyasət
07 noyabr 2026 448 baxış
Azərbaycanla demoqrafik fərq Ermənistanı narahat edir - Baku TV

Azərbaycanla demoqrafik fərq Ermənistanı narahat edir - Baku TV

Siyasət
07 noyabr 2026 448 baxış
Prezident Ağdam Sənaye Parkında | Yeni müəssisənin açılışı baş tutdu - Baku TV

Prezident Ağdam Sənaye Parkında | Yeni müəssisənin açılışı baş tutdu - Baku TV

Siyasət
07 noyabr 2026 448 baxış
Seçilmişlər
icon