XİN-dən Ararat Mirzoyana tarix dərsi
“Ermənistan xarici işlər naziri növbəti dəfə yalan məlumatlar yayır. Görünür, Ararat Mirzoyan yenidən tarix dərsinə ehtiyac duyur”.
Bu barədə XİN sözçüsü Ayxan Hacızadə Ermənistan xarici işlər naziri A.Mirzoyanın iddialarına cavab olaraq “Twitter”də yazıb.
O bildirib ki, Avropanın təhlükəsizliyinə ilk təhdidlərdən biri Ermənistanın hərbi təcavüzü və Azərbaycanın suveren ərazilərinin təxminən 20%-nin işğalı olub:
“Ermənistan hələ də Azərbaycanın 95 km²-ə yaxın ərazisi olan 8 kəndini işğal altında saxlayır, 10 min nəfərlik silahlı qüvvəsini Azərbaycan ərazilərindən çıxarmayıb. Ermənistan üçtərəfli bəyanatı pozaraq öz ərazisində maneəsiz kommunikasiya və nəqliyyat yolunu açmaqdan çəkinir. Bu, ölkə rəhbərliyinin “məhbus” adlandırdığı şəxslər üçtərəfli bəyanatdan 2 həftə sonra Ermənistan tərəfindən Azərbaycana göndərilən cinayətkarlardır. Hətta beynəlxalq məhkəmələr belə onların azad edilməsi üçün Ermənistanın tələb etdiyi tədbirləri rədd edib. Rəsmi İrəvan hələ də itkin düşmüş 3 800 azərbaycanlı ilə bağlı məlumat vermir, 1 milyona yaxın azərbaycanlını etnik təmizləməyə məruz qoyub, qaçqın və məcburi köçkünlərin təhlükəsiz şəkildə geri qayıtmalarına mane olur”.
A.Hacızadə onu da əlavə edib ki, Ermənistan regionda sülh quruculuğu səylərinə xələl gətirən aqressiv ritorikadan əl çəkməlidir.
#Xarici İşlər Nazirliyi teqi istifadə olunub
- Azərbaycan və Pakistan XİN rəhbərləri hansı məsələləri müzakirə etdi? - Baku TV
- Brüsseldə imzalanan bu sənəd Azərbaycanda qəzəb doğurdu - Baku TV
- Rəsmi Bakı Qəzza missiyasını dəyərləndirdi - Baku TV
- Ceyhun Bayramov Vyanada bir sıra görüşlər keçirdi - Baku TV
- Azərbaycandan kəskin etiraz | Rusiya səfiri XİN-ə çağırıldı
