Pleyeri seçin:

XİN-dən Paşinyanın iddialarına cavab

15 mart 2023 188 baxış

Ermənistanın Baş naziri Nikol Paşinyanın sonuncu mətbuat konfransı zamanı Azərbaycana qarşı səsləndirdiyi ifadələr tamamilə əsassız və tarixi faktları kobudcasına təhrif edən iddiaları bölgədə sülhün bərqərar edilməsi prosesinə növbəti zərbədir.

Bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Nikol Paşinyanın martın 14-də keçirdiyi mətbuat konfransı zamanı səsləndirdiyi əsassız iddialara münasibət bildirərkən deyib.

Qurumun sözçüsü qeyd edib ki, Paşinyanın üzərinə götürdüyü öhdəliklərdən boyun qaçıraraq həyata keçirdiyi anti-Azərbaycan kampaniyası, o cümlədən sülh sazişi üzrə danışıqları və beynəlxalq vasitəçilərin səylərini heçə endirən ritorikası Ermənistan üçün xeyirli gələcək vəd etmir.

Ayxan Hacızadə onu da vurğulayıb ki, Paşinyanın növbəti dəfə erməni sakinlərlə dialoq məsələsinə müdaxilə etməyə çalışması, Azərbaycanın Qarabağ bölgəsi üzərində beynəlxalq səviyyədə tanınmış suverenliyinə və ərazi bütövlüyünə qarşı təxribat dolu bəyanatlar səsləndirməsi, “Qarabağın xalqı və hökuməti” kimi ifadələr işlətməsi qəbuledilməzdir.

Xarici İşlər Nazirliyi rəsmisinin sözlərinə görə, Paşinyanın yalnız Ermənistanın təkliflərinin qeyd olunduğu və Azərbaycanın təkliflərinin nəzərə alınmadığı layihəni imzalanmağa hazır olduğunu bəyan etməsi onun sülh prosesinə laqeyd yanaşmasının növbəti sübutudur və Ermənistanın bu destruktiv fəaliyyətləri beynəlxalq ictimaiyyət tərəfindən qınanmalı və onların qarşısı alınmalıdır.

Azərbaycanın uğur formulunun mərkəzində Prezident İlham Əliyev faktoru - Baku TV

Azərbaycanın uğur formulunun mərkəzində Prezident İlham Əliyev faktoru - Baku TV

Siyasət
23 dekabr 2025 188 baxış
Türkiyə və Azərbaycanın iş adamları niyə Bakıda bir araya gəlir? - Baku TV

Türkiyə və Azərbaycanın iş adamları niyə Bakıda bir araya gəlir? - Baku TV

Siyasət
23 dekabr 2025 188 baxış
Zelenski Ukraynanın gözlədiyi şiddətli hücumun anonsunu verdi - Baku TV CANLI

Zelenski Ukraynanın gözlədiyi şiddətli hücumun anonsunu verdi - Baku TV CANLI

Siyasət
23 dekabr 2025 188 baxış
Putin Paşinyanla ikitərəfli görüş keçirib

Putin Paşinyanla ikitərəfli görüş keçirib

Siyasət
23 dekabr 2025 188 baxış
Türkiyə rəsmən açıqladı | İstanbul-İrəvan-İstanbul uçuşları bu tarixdən başlayır - Baku TV

Türkiyə rəsmən açıqladı | İstanbul-İrəvan-İstanbul uçuşları bu tarixdən başlayır - Baku TV

Siyasət
23 dekabr 2025 188 baxış
Xocalıya növbəti köç | Ukraynadan Rusiyaya cavab zərbəsi | ƏDV ilə bağlı yenilik- YENİ BİR SƏHƏR

Xocalıya növbəti köç | Ukraynadan Rusiyaya cavab zərbəsi | ƏDV ilə bağlı yenilik- YENİ BİR SƏHƏR

Siyasət
23 dekabr 2025 188 baxış
"Türkiyə Qarabağla bağlı bu təşəbbüsü irəli sürdü" | Əli Əsədov - Baku TV

"Türkiyə Qarabağla bağlı bu təşəbbüsü irəli sürdü" | Əli Əsədov - Baku TV

Siyasət
22 dekabr 2025 188 baxış
Azərbaycan istehsalı olan silahlar | Dünya hərb bazarına nələri təklif edə bilirik? | HƏRBİ XRONİKA

Azərbaycan istehsalı olan silahlar | Dünya hərb bazarına nələri təklif edə bilirik? | HƏRBİ XRONİKA

Siyasət
22 dekabr 2025 188 baxış
Regionda güc balansı dəyişir? - "Euronews"da "Qarabağın ürəyi"ndən reportaj - BİZDƏN NƏ DANIŞIRLAR?

Regionda güc balansı dəyişir? - "Euronews"da "Qarabağın ürəyi"ndən reportaj - BİZDƏN NƏ DANIŞIRLAR?

Siyasət
22 dekabr 2025 188 baxış
Azərbaycan və Türkiyə arasında Birgə Hökumətlərarası Komissiyanın iclası keçirilib

Azərbaycan və Türkiyə arasında Birgə Hökumətlərarası Komissiyanın iclası keçirilib

Siyasət
22 dekabr 2025 188 baxış
Seçilmişlər
icon