Siyasət
Pleyeri seçin:

XİN Paşinyanın iddialarına cavab verib

23 mart 2023

Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Ermənistanın Baş naziri Nikol Paşinyanın martın 23-də səsləndirdiyi əsassız iddiaları cavablandırıb.

Qurumun sözçüsü bildirib ki, müfəssəl şəkildə cavablandırılmasına baxmayaraq, rəsmi Bakı Ermənistan XİN-in 18 mart tarixli bəyanatını inadkarcasına təkrarlayan N.Paşinyanın bu iddialarını pisləyir və rədd edir. Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hədə olan və beynəlxalq öhdəlikləri heçə sayan Ermənistan rəhbərliyinin təcavüzkar ritorikası bu ölkənin bölgədə sülhdə maraqlı olmadığını göstərir.

Qeyd edilib ki, Ermənistanın etnik təmizləmə siyasətinin qurbanı olmuş keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışının Azərbaycan tərəfindən üçtərəfli bəyanatın pozuntusu kimi qələmə verilməsi qəbuledilməzdir. Eynilə Ermənistan tərəfinin özünü Azərbaycanın erməni sakinlərinin “hüquq müdafiəçisi” kimi təqdim etməyə heç bir mənəvi haqqı yoxdur.

Həm öz ərazisində, həm də 30 illik müddətdə işğal altında saxladığı şəhər və kəndlərdə azərbaycanlılara məxsus mülkləri dağıdan Ermənistanın Azərbaycanın öz suveren ərazilərində və tarixi torpaqlarında məskunlaşma həyata keçirməsinə qarşı çıxması absurddur.

Bu bəyanat həmçinin Ermənistanın dönə-dönə istinad etdiyi Praqa və Soçi razılaşmaları ilə də birbaşa ziddiyyət təşkil edir.

Paşinyandan sərhəd paylaşımı | Armavir vilayətinə səfərinin məqsədi

Paşinyandan sərhəd paylaşımı | Armavir vilayətinə səfərinin məqsədi

Siyasət
26 iyul 2024
Paşinyan dəvəti qəbul edib Azərbaycana gələrsə… | Ekspertlərdən mühüm açıqlama

Paşinyan dəvəti qəbul edib Azərbaycana gələrsə… | Ekspertlərdən mühüm açıqlama

Siyasət
26 iyul 2024
Hərb, yoxsa sülh: Qərb regiona necə təsir edir? | Qarabağ Xronikası 144-cü buraxılış

Hərb, yoxsa sülh: Qərb regiona necə təsir edir? | Qarabağ Xronikası 144-cü buraxılış

Siyasət
26 iyul 2024
“Konsertdən sonra səhnəyə gül gətirən erməni məni bıçaqla vurmaq istəyirdi”

“Konsertdən sonra səhnəyə gül gətirən erməni məni bıçaqla vurmaq istəyirdi”

Siyasət
26 iyul 2024
Erməni ekspertdən qalmaqallı açıqlama |  Paşinyan COP29-da iştirakdan imtina edərsə…

Erməni ekspertdən qalmaqallı açıqlama | Paşinyan COP29-da iştirakdan imtina edərsə…

Siyasət
26 iyul 2024
Ermənistan müharibəyə belə hazırlaşır? - Qərb bunu bacardı ki...

Ermənistan müharibəyə belə hazırlaşır? - Qərb bunu bacardı ki...

Siyasət
26 iyul 2024
Azərbaycan Somaliyə dəstək verməyə hazırdır | Tələbələrlə bağlı açıqlama

Azərbaycan Somaliyə dəstək verməyə hazırdır | Tələbələrlə bağlı açıqlama

Siyasət
26 iyul 2024
ABŞ Ermənistanı sülhə buna görə tələsdirir | Qabrielyandan açıqlama

ABŞ Ermənistanı sülhə buna görə tələsdirir | Qabrielyandan açıqlama

Siyasət
26 iyul 2024
Ceyhun Bayramov Somali XİN rəhbəri ilə hansı məsələləri müzakirə etdi?

Ceyhun Bayramov Somali XİN rəhbəri ilə hansı məsələləri müzakirə etdi?

Siyasət
26 iyul 2024
Ceyhun Bayramovdan Ermənistanla danışıqlar barədə vacib açıqlama

Ceyhun Bayramovdan Ermənistanla danışıqlar barədə vacib açıqlama

Siyasət
26 iyul 2024
Seçilmişlər
icon