Siyasət
Pleyeri seçin:

Zakir Həsənov Çinin hərbi nümayəndə heyəti ilə görüşdü

14 iyun 2024

İyunun 14-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Çin Xalq Azadlıq Ordusunun Beynəlxalq Hərbi Əməkdaşlıq Baş İdarəsinin rəis müavini general-mayor Yao Qinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Əvvəlcə Şəhidlər xiyabanında ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş vətəndaşlarımızın məzarları ziyarət edilib, üzərlərinə gül dəstələri düzülərək xatirələrinə ehtiram nümayiş etdirilib.

Nümayəndə heyətini salamlayan general-polkovnik Z.Həsənov onları ölkəmizdə görməkdən məmnun olduğunu bildirib və bu səfərin hərbi əməkdaşlığımıza öz töhfəsini verəcəyini əminliklə ifadə edib.

Azərbaycanla Çin arasında münasibətlərin müsbət istiqamətdə inkişafında dövlət başçılarının xüsusi rolunun olduğu diqqətə çatdırılıb.

General-polkovnik Z.Həsənov uzun illər işğal altında olan torpaqlarımızın Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Ordusunun qələbəsi ilə nəticələnən Vətən müharibəsindən sonra azad edilməsinin xalqımız üçün tarixi əhəmiyyətindən danışıb. Qarabağ iqtisadi rayonunda heç bir mülki əhaliyə və infrastruktura zərər vermədən keçirilən antiterror əməliyyatından sonra Azərbaycanın ərazi bütövlüyünün tam təmin edildiyini qeyd edib.

Müdafiə naziri çinli qonağı Azərbaycan-Ermənistan şərti sərhədində mövcud əməliyyat şəraiti barədə məlumatlandırıb.

Rusiya-Ukrayna savaşı bitir? | Paşinyandan Zəngəzur açıqlaması | Netanyahudan qərar - SALAM BAKU

Rusiya-Ukrayna savaşı bitir? | Paşinyandan Zəngəzur açıqlaması | Netanyahudan qərar - SALAM BAKU

Siyasət
18 iyun 2024
Paşinyan sərhədyanı ərazilərə səfər etdi | Önəmli açıqlamalar verdi

Paşinyan sərhədyanı ərazilərə səfər etdi | Önəmli açıqlamalar verdi

Siyasət
18 iyun 2024
Paşinyanın Belarusa hücumunun səbəbi Ermənistan diplomatiyasının iflasına üsyandır

Paşinyanın Belarusa hücumunun səbəbi Ermənistan diplomatiyasının iflasına üsyandır

Siyasət
17 iyun 2024
Ermənistan yekun bəyanata niyə imza atmadı? | BAKU ANALİTİK

Ermənistan yekun bəyanata niyə imza atmadı? | BAKU ANALİTİK

Siyasət
17 iyun 2024
Rusiya-Ukrayna arasında sülh olacaq? | Ekspertlərdən açıqlama

Rusiya-Ukrayna arasında sülh olacaq? | Ekspertlərdən açıqlama

Siyasət
17 iyun 2024
Azərbaycana 100 metr ərazi verib... | Paşinyandan delimitasiya açıqlaması

Azərbaycana 100 metr ərazi verib... | Paşinyandan delimitasiya açıqlaması

Siyasət
17 iyun 2024
Ceyhun Bayramov və Hakan Fidan telefon danışığı zamanı nələri müzakirə etdi?

Ceyhun Bayramov və Hakan Fidan telefon danışığı zamanı nələri müzakirə etdi?

Siyasət
17 iyun 2024
Azərbaycanla Ermənistan sərhədində işlər gedir | Erməni deputat paylaşım etdi

Azərbaycanla Ermənistan sərhədində işlər gedir | Erməni deputat paylaşım etdi

Siyasət
17 iyun 2024
İran XİN başçısı və Rusiya XİN-in xüsusi nümayəndəsi görüşdü

İran XİN başçısı və Rusiya XİN-in xüsusi nümayəndəsi görüşdü

Siyasət
17 iyun 2024
Pakistanla Azərbaycan arasında vacib zəng | Nələr müzakirə edildi?

Pakistanla Azərbaycan arasında vacib zəng | Nələr müzakirə edildi?

Siyasət
16 iyun 2024
Seçilmişlər
icon