Pleyeri seçin:

Zakir Həsənov və Azərbaycan XİN təyyarə qəzasına görə Türkiyəyə başsağlığı verdi

11 noyabr 2025 272 baxış

Prezident İlham Əliyevin tapşırığına əsasən, Baş nazir Əli Əsədov Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus hərbi yük təyyarəsinin Gürcüstan ərazisində qəzaya uğraması ilə əlaqədar Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə əlaqə saxlayıb.

Baş nazir Əli Əsədov ölkəmizin qəzanın nəticələrinin aradan qaldırılması, axtarış və xilasetmə tədbirlərinin həyata keçirilməsi üçün bütün lazımi dəstəyi göstərməyə, həmçinin Azərbaycan Fövqəladə Hallar Nazirliyinin müvafiq heyətini həmin əraziyə göndərməyə hazır olduğunu bildirib.

Gürcüstan tərəfi bu dəstəyə görə təşəkkürünü bildirib. Hazırda Gürcüstanın aidiyyəti qurumlarının nümayəndələrinin ərazidə çalışdığı qeyd edilib.

Söhbət zamanı Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin gürcüstanlı həmkarları ilə təmasda olduqları vurğulanıb. Tərəflər faciə ilə əlaqədar təmasların davam etdirilməsini razılaşdırıb.

Qeyd edək ki, müdafiə naziri Zakir Həsənov təyyarə qəzası ilə bağlı Türkiyənin milli müdafiə naziri Yaşar Gülerə başsağlığı verib.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

"Azərbaycandan Türkiyəyə yola düşən "C-130" hərbi yük təyyarəsinin Gürcüstan-Azərbaycan sərhədində qəzaya uğraması xəbəri məni dərindən kədərləndirdi. Həlak olan hərbi qulluqçulara Allahdan rəhmət diləyir, yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm", – deyə başsağlığında qeyd edilib.

Xarici İşlər Nazirliyi də təyyarə qəzası ilə əlaqədar Türkiyəyə başsağlığı verib.

Bu barədə Nazirliyin "X" hesabında paylaşım edilib.

"Azərbaycandan Türkiyəyə istiqamətlənən qardaş Türkiyəyə məxsus "C-130" tipli hərbi nəqliyyat təyyarəsinin Gürcüstan ərazisində qəzaya uğraması xəbəri bizi dərindən sarsıtdı. Bu ağır itki ilə əlaqədar qardaş Türkiyə xalqına və Silahlı Qüvvələrinə dərin hüznlə başsağlığı verir, həlak olanların ailələrinə səbir diləyirik", – məlumatda qeyd olunub.

İkimərtəbəli evlər: 5000 il əvvəlki həyat necə idi? - QƏRBİ AZƏRBAYCAN XRONİKASI

İkimərtəbəli evlər: 5000 il əvvəlki həyat necə idi? - QƏRBİ AZƏRBAYCAN XRONİKASI

Siyasət
07 fevral 2026 272 baxış
Adları açıqlanan şəxslər həbs ediləcək? - ANALİTİK BAXIŞ

Adları açıqlanan şəxslər həbs ediləcək? - ANALİTİK BAXIŞ

Siyasət
07 fevral 2026 272 baxış
Ceyhun Bayramov Pakistanın XİN rəhbəri ilə nələri müzakirə etdi? - Baku TV

Ceyhun Bayramov Pakistanın XİN rəhbəri ilə nələri müzakirə etdi? - Baku TV

Siyasət
07 fevral 2026 272 baxış
Azərbaycan-Türkiyə Pediatrik Revmatologiya Konfransı keçirildi - Baku TV

Azərbaycan-Türkiyə Pediatrik Revmatologiya Konfransı keçirildi - Baku TV

Siyasət
07 fevral 2026 272 baxış
Məsciddə terror aktı törədildi | Azərbaycan XİN Pakistana başsağlığı verdi - Baku TV

Məsciddə terror aktı törədildi | Azərbaycan XİN Pakistana başsağlığı verdi - Baku TV

Siyasət
06 fevral 2026 272 baxış
Milli Olimpiya Komitəsi ziddiyyətlə bağlı müraciət ünvanlayıb - Baku TV

Milli Olimpiya Komitəsi ziddiyyətlə bağlı müraciət ünvanlayıb - Baku TV

Siyasət
06 fevral 2026 272 baxış
"Dördyaşlı kiçik oğlum qarda 14 kilometr piyada gəldi" - QƏRBİ AZƏRBAYCAN XRONİKASI

"Dördyaşlı kiçik oğlum qarda 14 kilometr piyada gəldi" - QƏRBİ AZƏRBAYCAN XRONİKASI

Siyasət
06 fevral 2026 272 baxış
Zatulinin bəyanatına rəsmi Bakıdan etiraz | Rusiya səfiri XİN-ə çağırıldı - Baku TV

Zatulinin bəyanatına rəsmi Bakıdan etiraz | Rusiya səfiri XİN-ə çağırıldı - Baku TV

Siyasət
06 fevral 2026 272 baxış
İranlı nazirin başçılıq etdiyi nümayəndə heyəti Prezidentin qəbulunda - Baku TV

İranlı nazirin başçılıq etdiyi nümayəndə heyəti Prezidentin qəbulunda - Baku TV

Siyasət
06 fevral 2026 272 baxış
Bakıdan dünyaya sülh çağırışı | Zelenskidən iddialı açıqlama | Sülhə aparan yol - YENİ BİR SƏHƏR

Bakıdan dünyaya sülh çağırışı | Zelenskidən iddialı açıqlama | Sülhə aparan yol - YENİ BİR SƏHƏR

Siyasət
06 fevral 2026 272 baxış
Seçilmişlər
icon