Zelenski Azərbaycana humanitar yardıma görə təşəkkürünü bildirib
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanın Ukraynada yeni təyin olunmuş səfiri Seymur Mərdəliyev etimadnaməsini Prezident Volodimir Zelenskiyə təqdim edib.
Ukraynanın Prezident Ofisinin saytında bildirilir ki, səfir Seymur Mərdəliyevi Ukraynada diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edən Volodimir Zelenski Azərbaycanın Ukraynanın ərazi bütövlüyü və suverenliyinə verdiyi dəstəyə görə minnətdarlığını bildirib.
Volodimir Zelenski Azərbaycan Prezidenti İlham Əliyevə ən səmimi təbriklərini çatdırıb və onların Kişineudakı son görüşlərinin məhsuldar keçdiyini, qarşılıqlı maraq doğuran bir çox məsələləri müzakirə edə bildiklərini qeyd edib: “Xüsusilə, biz Azərbaycanın İrpen şəhərinin bərpasında iştirakına razılaşdıq”.
“Bizim komandalarımız artıq bu sazişin həyata keçirilməsi üzərində işləyir. Bu, Ukraynanın müharibədən sonrakı bərpasına konkret töhfə olacaq”, – deyə dövlət başçısı vurğulayıb.
#Ukrayna teqi istifadə olunub
- Ankara hərəkətə keçdi
- Kiyev və Moskva liderlərinin mümkün görüşü üçün hazırlıqlar gedir? - Baku TV CANLI
- Türkiyə Rusiya və Ukrayna taxılının ixracını bərpa etməyə çalışır - Baku TV
- Ukrayna müharibəsinin taleyi yenidən diqqət mərkəzindədir - Baku TV CANLI
- Avropa Komissiyası 2027-ci il üçün maliyyə ayrılmasını təsdiqləyib
