Tədqiqatçılar 60-70 nəfəri sorğu edərək görün nələri aşkarladı | İnanılmaz araşdırma
Süni intellektdən artan asılılıq tənqidi təfəkkür qabiliyyətlərinin azalmasına gətirir.
Bu barədə isveçrəli alimlərinin süni intellekt alətlərinin istifadəsinin nəticələri barədə genişmiqyaslı tədqiqatlarından aydın olub.
Alimlər bunun səbəbini koqnitiv yükün azalması ilə izah edirlər. Belə ki, süni intellektin istifadəsinin cəlbedici aspektlərindən biri neyron şəbəkələrin insanı əqli səylərdən azad etməsidir. Lakin tədqiqat göstərib ki, bunun mənfi nəticələri ola bilər.
Tədqiqat zamanı mütəxəssislər təxminən 670 nəfəri sorğu edərək onları üç yaş qrupuna bölüblər: 17-25, 26-45, 46 yaş və daha yuxarı. Əldə edilmiş məlumatların statistik təhlili süni intellekt alətlərinin istifadəsi və tənqidi təfəkkür göstəriciləri arasında əhəmiyyətli mənfi korrelyasiya aşkar edib. Süni intellektin mütəmadi istifadəçiləri məlumatı tənqidi qiymətləndirmək və refleksiv problem həllində iştirak etmək qabiliyyətinin azaldığını nümayiş etdiriblər.
Gənc iştirakçılar yaşlılarla müqayisədə süni intellekt alətlərindən daha yüksək asılılıq və daha aşağı tənqidi təfəkkür balları göstəriblər. Respondentlərin özləri də süni intellekt alətlərinin adi istifadəsi nəticəsində tənqidi təfəkkür bacarıqlarının itirilməsindən narahatlıqlarını ifadə ediblər.
Hesabatın müəlliflərinə görə, onların kəşfi təhsil, elm və aktiv əqli fəaliyyət tələb edən digər sahələrdə süni intellektin istifadəsinə yanaşmaları yenidən nəzərdən keçirmək zərurəti yaradır.
#Süni intellekt teqi istifadə olunub
- "Tutsam, oradaca basdıraram" | Gündəm olan videolar: "Tünzalə məzardan çıxıb daşa sarılır" - Baku TV
- Astronomlar neyron şəbəkəsi hazırlayıblar
- İstifadəçilər arasında süni intellektlə bağlı sorğu
- Süni intellekt inteqrasiyalı mobil qurğu səs köməkçisi ilə sinxron işləyəcək
- SOCAR və IE Universiteti arasındakı əməkdaşlıq çərçivəsində vacib tədbir - Baku TV
