16 saylı körpələr evi-uşaq bağçasında qalmaqal | MÜTDA-dan iddialarla bağlı açıqlama - Baku TV
Sosial şəbəkələrdə Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən 16 saylı körpələr evi-uşaq bağçasına gətirilən ərzaqların mənimsənilməsi ilə bağlı videogörüntülər yayılıb.
İddialara görə, bağçaya 15 gündən bir ərzaq məhsulları gətirilir və artıq qalan hissə direktorun şəxsi avtomobilinə yüklənərək aparılır.
Məsələ ilə bağlı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib ki, sosial şəbəkələrdə 16 saylı körpələr evi-uşaq bağçası ilə bağlı səsləndirilən iddialar araşdırılacaq. Araşdırmanın nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcək:
“Qeyd edirik ki, məktəbəqədər təhsil müəssisələrində maddi-texniki bazanın gücləndirilməsi və infrastrukturun yaxşılaşdırılması istiqamətində işlər davam etdirilir”.
Xatırladaq ki, bir müddət əvvəl sözügedən bağçanın musiqi müəllimi Elnarə Əsgərovanın qeyri-etik görüntüləri yayılmışdı və o, yayılan görüntülərə görə işindən azad edilmişdi.
#Abşeron rayonu teqi istifadə olunub
- "Mən bələdiyyə deyiləm" - Əhali boğaza yığıldı | "Ay qardaş, maşın dağıldı, yolu düzəldin" - Baku TV
- Köhnə avtomobilini yeniləmək istəyənlərin nəzərinə: 1050 manatlıq fürsət nədir? - Baku TV
- Məmmədli sakinlərinin kabusuna çevrilən bu yol necə yararsız hala düşdü? - Baku TV
- “Belə şey görülməyib, çox ciddi...” | Vətəndaşlar yaranan problemə görə şikayət etdi - Baku TV
- Dəhşət: 31 yaşlı kişi niyə öldürüldü? - "Dedi, üzr istə, kəllə atdı, bir də gördüm ki..." - Baku TV
