35 ildir ayağında qəlpə gəzdirən 20 Yanvar faciəsi şahidindən dəhşətli etiraf
Yeniliklərdən dərhal xəbərdar olun
1990-cı il, yanvarın 19-dan 20-nə keçən gecə… Dinc əhali ağır texnika, müxtəlif tipli silahlardan atəşə tutularaq, kütləvi şəkildə qətlə yetirildi.
Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Xidməti və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya yeridilərək, misli görünməyən vəhşilik nümayiş etdirdi. Bu qanlı hadisə Azərbaycan tarixində həm də şanlı bir səhifə açdı.
35 il əvvəl yaşanan o faciədə düşmən gülləsini hələ də ayağında gəzdirən Salman Əhədli yaşananları belə xatırlayır:
“Bütün mehmanxanalar rus ordusu ilə dolmuşdu. Alt mərtəbənin bütün pərdələri ani olaraq qırıldı. İçəridən təqribən minə yaxın əsgər formada çölə çıxdı. Nə baş verdiyini başa düşmürdük. Biz onlarla sinə-sinəyə gəldik. Qadın, ya kişi fərq etmədən qol-qola girmişdik ki, onlara keçməyə icazə verməyək. Daha sonra silaha əl atdılar. Sağ tərəfimdəki adamın alnına güllə dəyəndən sonra hər şey aydın oldu. Şok keçirdik ki, sovet qoşunu öz xalqını belə gülləbaran edərmi?! Bir az keçəndən sonra yoldan atılmış patronları yığmağa başladıq. O qədər patron var idi ki, yerimək mümkün deyildi. Həmin anda elə bil ürəyimə dammışdı ki, məni güllələyəcəklər. Yolun ortasında sağ ayağımdan güllə yarası aldım. O güllə indi də mənim ayağımdadır”.
#20 Yanvar faciəsi (Qanlı Yanvar) teqi istifadə olunub
- Türkiyəli fermerdən maraqlı addım | 7 saat traktorla torpağa yazı həkk etdi - Baku TV
- Pis hava şəraitinə baxmayaraq, xalq Şəhidlər xiyabanına axın etdi - Baku TV
- Soydaşlarımız Qanlı Yanvarda Bakıya necə dəstək oldular? - Baku TV
- "O gündən evimizin işığı söndü..." | 20 Yanvar şəhidinin həyat yoldaşından təsirli sözlər - Baku TV
- "O qədər adamı Rusiyaya apardılar" - 20 Yanvar faciəsi Mirnaib Həsənoğlunun obyektivindən - Baku TV
