Pleyeri seçin:
AQTA hərəkətə keçdi: ziyanvericilərə qarşı tədbirlər görüldü
Qida Təhlükəsizliyi Agentliyi müvafiq qurumlarla birlikdə qəhvəyi mərmər bağacığının ölkə ərazisində yayılmasının qarşısını almaq üçün kompleks tədbirləri davam etdirir.
Belə ki, Şəki-Zaqatala rayonu üzrə 6 min 12 ədəd feromon tələ asılıb. Tələlərə təkrar baxış zamanı 46 yaşayış məntəqəsində zərərvericilər müşahidə olunub. Həşəratlar toplanaraq məhv edilib.
Hazırda qəhvəyi mərmər bağacığının kütləvi toplaşdığı yerlərdə lokal kimyəvi mübarizə tədbirləri həyata keçirilir. Həmçinin zərərvericinin qonşu ölkələrdən Azərbaycana daxil olmasının qarşısını almaq üçün Mazımqara sərhəd buraxılış məntəqəsində nəqliyyat vasitələrinin dezinfeksiyasına başlanılıb.
Kopyalandı
#Qida Təhlükəsizliyi Agentliyi teqi istifadə olunub
- Cəlilabad və Zaqatalada heyvan bazarlarının fəaliyyətinə icazə verildi - Baku TV
- AQTA yoxlama apardı | Çörək emalı müəssisəsində nələr üzə çıxdı? - Baku TV
- AQTA yoxlama apardı | Çörək emalı müəssisəsində nələr üzə çıxdı? - Baku TV CANLI
- "Arıqladır" deyib satırdılar, AQTA hərəkətə keçdi - Baku TV CANLI
- Azərbaycana idxal olunan bir sıra yağlarda nələr aşkarlandı? - Baku TV CANLI
