Pleyeri seçin:

Avtomobil alanların nəzərinə | Bu cür aldadıla bilərsiniz! - Baku TV

02 mart 2026 519 baxış

Baku TV-nin qaynar xəttinə müraciət edən vətəndaş bildirib ki, aldığı avtomobildə bir gün sonra ciddi problemlər aşkarlanıb.

Nəqliyyat vasitəsini geri qaytarmağa cəhd etsə də, maşını satan adam onun bu istəyini rədd edib. Ümumiyyətlə, son zamanlar buna bənzər hallar çox yaşanır.

Bəs belə olan halda vətəndaş nə etməlidir?

Hüquqşünas Mircavid Miriyevin sözlərinə görə, avtomobil o halda geri qaytarıla bilər ki, alqı-satqı zamanı satıcı nəqliyyat vasitəsi barədə alıcıya yanlış məlumat versin, əhəmiyyətli nasazlıqları gizlətsin və ya avtomobilə qanunsuz müdaxilələr edilsin.

“Məsələn, yürüş göstəricisinin geri çəkilməsi, ağır qəzaya düşmüş avtomobilin bu fakt gizlədilməklə satılması və ya ciddi texniki qüsurların əvvəlcədən məlum olduğu halda alıcıya bildirilməməsi geri qaytarılma üçün hüquqi əsas yarada bilər. Lakin praktikada bu kimi hallarda tərəflər arasında münasibətlərin hüquqi müstəvidə həlli hər zaman asan olmur. Bunun əsas səbəblərindən biri də ətraflı yazılı müqavilənin olmamasıdır. Təəssüf ki, bəzi hallarda vətəndaşlar vergidən yayınmaq məqsədilə avtomobili etibarnamə əsasında ötürürlər. Bu zaman isə sonradan yaranan mübahisələrdə ödənilmiş məbləğin, razılaşdırılmış şərtlərin və ümumilikdə alqı-satqı faktının sübuta yetirilməsi xeyli çətinləşir”, – deyə hüquqşünas bildirib.

Mütəxəssislər vurğulayırlar ki, bu cür problemlərlə qarşılaşmamaq üçün vətəndaş avtomobili almadan əvvəl mütləq şəkildə texniki baxışdan keçirməlidir. Yoxlanış prosesində isə təsadüfi şəxslərə deyil, bu sahədə ixtisaslaşmış peşəkarlara müraciət etmək tövsiyə olunur. Əks halda, sonradan yaranan peşmançılıq heç bir nəticə verməyə bilər.

DYP-dən sürücülərə vacib xəbərdarlıq - Baku TV CANLI

DYP-dən sürücülərə vacib xəbərdarlıq - Baku TV CANLI

Cəmiyyət
20 sentyabr 2026 519 baxış
İkinci qrup əlil pensiyasının kəsilməsindən narazıdır- Baku TV

İkinci qrup əlil pensiyasının kəsilməsindən narazıdır- Baku TV

Cəmiyyət
20 sentyabr 2026 519 baxış
Restorandakı səs-küy ətrafda yaşayanları bezdirdi | Sakinlər şikayət etdi - Baku TV

Restorandakı səs-küy ətrafda yaşayanları bezdirdi | Sakinlər şikayət etdi - Baku TV

Cəmiyyət
20 sentyabr 2026 519 baxış
İrsi mutasiya ağciyər xərçənginə səbəb ola bilər

İrsi mutasiya ağciyər xərçənginə səbəb ola bilər

Cəmiyyət
20 sentyabr 2026 519 baxış
Uzun müddət oturmaq sağlamlığa zərər verə bilər

Uzun müddət oturmaq sağlamlığa zərər verə bilər

Cəmiyyət
20 sentyabr 2026 519 baxış
Evləri su içərisində olan sakinlərin problemi niyə həll olunmur? - Baku TV

Evləri su içərisində olan sakinlərin problemi niyə həll olunmur? - Baku TV

Cəmiyyət
20 sentyabr 2026 519 baxış
DİN əməkdaşlarının şücaəti suverenliyin bərpasında mühüm rol oynadı - Baku TV

DİN əməkdaşlarının şücaəti suverenliyin bərpasında mühüm rol oynadı - Baku TV

Cəmiyyət
20 sentyabr 2026 519 baxış
Tələbələr üçün bu kartla gediş xərclərinin bir hissəsi geri qayıdacaq - Baku TV CANLI

Tələbələr üçün bu kartla gediş xərclərinin bir hissəsi geri qayıdacaq - Baku TV CANLI

Cəmiyyət
20 sentyabr 2026 519 baxış
Türk dünyasının bəstəkarlarını birləşdirən mühüm sənəd Bakıda imzalandı - Baku TV

Türk dünyasının bəstəkarlarını birləşdirən mühüm sənəd Bakıda imzalandı - Baku TV

Cəmiyyət
20 sentyabr 2026 519 baxış
Bir çox peşələr yox olmaq təhlükəsi ilə üz-üzədir? | Mütəxəssisdən açıqlama - Baku TV

Bir çox peşələr yox olmaq təhlükəsi ilə üz-üzədir? | Mütəxəssisdən açıqlama - Baku TV

Cəmiyyət
19 sentyabr 2026 519 baxış
Seçilmişlər
icon