"Ayıb olsun, evimdəkini söküb gətirərəm sənə!" - Qalmaqal: sabiq direktor nələri açıqladı? - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Goranboy şəhəri 2 nömrəli tam orta məktəbində sanitar qovşağı və su kranları sökülərək yararsız hala salınıb. İddialara görə, hadisənin təşkilatçısı məktəbin sabiq direktorudur.
Məktəbin müəllimi Fərqanə Məmmədovanın sözlərinə görə, sanitar qovşağı müəllimlərin şəxsi vəsaitləri hesabına təmir olunubmuş:
“Keçmiş direktor bizi şagirdlərin digər məktəblərə üz tutması və tədris prosesinin pozulması məqsədilə sanitar qovşağını dağıdacağı ilə hədələyirdi. İyunun 3-də vəzifəsindən azad edilsə də, bir müddət məktəbdə təzyiqlərini davam etdirdi. İbtidai sinif müəllimləri 100 manat, yuxarı sinif müəllimləri isə 20 manat toplayaraq bu şəraiti yaratmışdı. Baş verənlərdən sonra məktəbdə şagirdlər azaldı, keçmiş direktor çörəyimizlə oynadı”.
Sabiq direktor İlhamə Qasımova isə ittihamları rədd edərək sanitar qovşağın sökülməsindən məlumatının olmadığını bildirib.
Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən məsələ ilə bağlı araşdırma aparıldığı təsdiqlənib.
Bildirilib ki, müəssisədəki avadanlıqların zədələnməsi və ya yerində olmaması faktı müəyyən edilib. Mövcud problemlərin yeni tədris ilinin başlanmasına qədər aradan qaldırılması və avadanlıqların təmir olunaraq istifadəyə verilməsi nəzərdə tutulur.
#Goranboy teqi istifadə olunub
- Goranboyda bədbəxt hadisə | Şəhid anasının ölüm səbəbi nədir? - Baku TV
- Goranboyda hərbi xidmət zamanı ayağını itirən şəxs nə ilə təmin olunmaq istəyir? - Baku TV
- Goranboyda faciə: Elektrik dirəyi 35 yaşlı qadının üzərinə aşıb - Baku TV
- Goranboyda elektrik dirəyinin aşması faciəyə səbəb olub - ƏSAS XƏBƏR
- Goranboyda qorxunc hadisə | 31 yaşlı şəxs özündən 43 yaş böyük kişini niyə vurdu? - Baku TV CANLI
