"Biz başa düşənə qədər hamısı gəldi" | Goranboydakı qorxulu hadisə barədə detallar - Baku TV
Goranboy rayonunun Nizami kəndi yaxınlığında yerləşən sursat anbarında sentyabrın 2-də, gecə saatlarında yanğınla müşayiət olunan güclü partlayış baş verib. Hadisə nəticəsində xəsarətalanların olmadığı bildirilir.
Kənd sakinlərindən biri hadisə ilə bağlı Baku TV-yə açıqlama verib.
“Gecə güclü partlayış səsi gəldi. Çölə çıxanda gördük ki, hər tərəf yanır. Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin, Rayon İcra Hakimiyyətinin və Daxili İşlər Nazirliyinin əməkdaşları cəlb olundu”, – o söyləyib.
Goranboy Rayon Fövqəladə Hallar Komissiyasının sədri Seymur Nazarov bildirib ki, hadisə baş verən andan etibarən aidiyyəti qurumlar tərəfindən təxirəsalınmaz tədbirlər həyata keçirilib:
“Təhlükəsizliyin təmin edilməsi məqsədilə əraziyə yaxın yaşayan əhali dərhal təhlükəsiz yerlərə təxliyə olunub. Hadisə nəticəsində sakinlərin evlərinə və fərdi təsərrüfatlarına dəymiş hər hansı ziyan faktı qeydə alınmayıb”.
#Goranboy teqi istifadə olunub
- Goranboyda qorxunc hadisə | 31 yaşlı şəxs özündən 43 yaş böyük kişini niyə vurdu? - Baku TV CANLI
- Şirvan sakini Goranboyda faciəvi şəkildə öldü - Baku TV CANLI
- Goranboyda dəhşətli qəza | Şirvan sakini faciəvi şəkildə öldü - Baku TV
- "Ayıb olsun, evimdəkini söküb gətirərəm sənə!" - Qalmaqal: sabiq direktor nələri açıqladı? - Baku TV
- Goranboyda silah anbarı yandı | Sakinlər ərazidən təhlükəsiz çıxarıldı - 24 SAAT
