Pleyeri seçin:

Azad edilən ərazilərdə enerji sistemi necə yenilənəcək? - Layihələrin detalları - Baku TV

03 iyul 2026 379 baxış

İşğaldan azad olunan ərazilərdə enerji infrastrukturunun bərpası və müasirləşdirilməsi istiqamətində həyata keçirilən layihələr davam edir.

Bu çərçivədə "AzərEnerji" ASC tərəfindən Xankəndi şəhərində 110 kilovoltluq "Xankəndi-2", Ağdərə rayonunda isə 110 kilovoltluq "Həsənriz" yarımstansiyaları sökülərək ən müasir rəqəmsal texnologiyalar əsasında yenidən inşa olunur.

"Xankəndi-2" yarımstansiyasının tikintisi Xankəndi şəhərinin, ətraf yaşayış məntəqələrinin və mühüm infrastruktur obyektlərinin daha etibarlı, dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin edilməsinə imkan yaradacaq.

"Həsənriz" yarımstansiyası isə Ağdərə rayonunun istehlakçılarının, o cümlədən sənaye müəssisələrinin enerji təchizatının etibarlılığını artırmaqla yanaşı, Sərsəng və bölgədə fəaliyyət göstərən digər su elektrik stansiyalarında istehsal olunan enerjinin ölkənin vahid enerji sisteminə təhlükəsiz və fasiləsiz ötürülməsini təmin edəcək.

Layihələrin başa çatdırılması ilə "AzərEnerji"nin işğaldan azad olunmuş ərazilərdə inşa etdiyi yarımstansiyaların sayı 16-ya çatacaq. Bununla yanaşı, bölgədə artıq 38 su elektrik stansiyası tikilərək istismara verilib. Hazırda isə daha 8 su elektrik stansiyasının tikintisi davam etdirilir.

Banner
Mingəçevirdə energetikanın inkişafı və gələcək layihələr müzakirə olunub - Baku TV

Mingəçevirdə energetikanın inkişafı və gələcək layihələr müzakirə olunub - Baku TV

Cəmiyyət
20 oktyabr 2026 379 baxış
Qarabağlı qayınana, ukraynalı gəlin | “Elə toy etdik ki, dedilər, qızını Dubay şeyxinə vermisən?!”

Qarabağlı qayınana, ukraynalı gəlin | “Elə toy etdik ki, dedilər, qızını Dubay şeyxinə vermisən?!”

Cəmiyyət
20 oktyabr 2026 379 baxış
"Alfa Woman Academy"dən iddialara münasibət - Baku TV

"Alfa Woman Academy"dən iddialara münasibət - Baku TV

Cəmiyyət
20 oktyabr 2026 379 baxış
"Torpağın üstünə daş tökərlər ki, çıxa bilək" | Salyan sakinlərini bezdirən problem - Baku TV

"Torpağın üstünə daş tökərlər ki, çıxa bilək" | Salyan sakinlərini bezdirən problem - Baku TV

Cəmiyyət
20 oktyabr 2026 379 baxış
"Hamısı qaçır!" | Tbilisidə meyiti tapılan Aysunun ailəsi fəryad etdi | “Açarı dəyişib giriblər evə”

"Hamısı qaçır!" | Tbilisidə meyiti tapılan Aysunun ailəsi fəryad etdi | “Açarı dəyişib giriblər evə”

Cəmiyyət
20 oktyabr 2026 379 baxış
Tbilisidə meyiti tapılan Aysunun ailəsi ədalət tələb edir - Baku TV CANLI

Tbilisidə meyiti tapılan Aysunun ailəsi ədalət tələb edir - Baku TV CANLI

Cəmiyyət
20 oktyabr 2026 379 baxış
Minimum əməkhaqqının artırılması kimlərin maaşına təsir edəcək? - Baku TV

Minimum əməkhaqqının artırılması kimlərin maaşına təsir edəcək? - Baku TV

Cəmiyyət
20 oktyabr 2026 379 baxış
Əhalinin nəzərinə | Hava şəraiti sizi necə heyrətə gətirəcək? - Baku TV CANLI

Əhalinin nəzərinə | Hava şəraiti sizi necə heyrətə gətirəcək? - Baku TV CANLI

Cəmiyyət
20 oktyabr 2026 379 baxış
"4 il məcbur qaldım ki..." | Evsiz və işsiz kimsəsizlər üçün hansı imkanlar yaradılır? - Baku TV

"4 il məcbur qaldım ki..." | Evsiz və işsiz kimsəsizlər üçün hansı imkanlar yaradılır? - Baku TV

Cəmiyyət
20 oktyabr 2026 379 baxış
“Leonardo Art School” və “MiniBoss Business School” birgə təhsil proqramına başladı

“Leonardo Art School” və “MiniBoss Business School” birgə təhsil proqramına başladı

Cəmiyyət
20 oktyabr 2026 379 baxış
Seçilmişlər
icon