Azərbaycan Ordusu Qarabağdakı separatçılara ağır zərbə endirdi
Yeniliklərdən dərhal xəbərdar olun
Qarabağda qeyri-qanuni erməni silahlı dəstələrinin 5 üzvü öldürülüb. Bu barədə “Caliber” məlumat yayıb.
Bildirilir ki, Azərbaycan Ordusu qeyri-qanuni erməni silahlı dəstələrinin Ağdərə və Xocavənd istiqamətində mövqelərinə zərbələr endirib. Nəticədə 5 terrorçu – Armo Abqaryan, Samvel Torostan, Yervand Tadevostan, Qaqik Balayan və daha bir nəfər öldürülüb.
Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi iyunun 27-si saat 20:05-də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən Ordumuzun Ağdam rayonunun Qalayçılar kəndi istiqamətində yerləşən mövqelərinin atıcı silahlardan atəşə tutulması barədə məlumat yayıb.
Qeyd edilib ki, təxribat nəticəsində Ordumuzun hərbi qulluqçusu Bəkirov Əli Şükür oğlu yaralanıb. Yaralı hərbi qulluqçumuz dərhal hərbi tibb müəssisəsinə təxliyə edilib, həyatı üçün təhlükə yoxdur.
#Ağdərə teqi istifadə olunub
- "Aztelekom" Ağdərədə rabitə infrastrukturunun qurulmasını davam etdirir - Baku TV
- 13 ölkədən gələn 40 səyyah Gəncəsər monastırını ziyarət edib - Baku TV
- Keçmiş köçkünlər doğma yurdlarına qayıdarkən nələr yaşadılar - Baku TV
- Tarixi gün yenidən xatırlanır | Suqovuşan və Talışın azadlığından 6 il keçir - Baku TV
- Keçmiş məcburi köçkünlər doğma yurda geri dönüb | Ağdərədən bağlantı - Baku TV
