Azərbaycanda kişilər çox maaş alır, yoxsa qadınlar?
Yeniliklərdən dərhal xəbərdar olun
“Rəsmi statistikaya görə, Azərbaycanda kişilər qadınlardan 54% çox maaş alır”.
Bunu Milli Məclisin iyunun 16-da keçirilən növbədənkənar iclasında deputat Vüqar Bayramov deyib. “Azərbaycanda məşğul əhalinin sayı 5 milyon 304 min nəfərdir. Bunun 2 milyon 714 min nəfərini qadınlar, 2 milyon 591 min nəfərini isə kişilər təşkil edir”, – deyə o bildirib.
Millət vəkilinin sözlərinə görə, qadınlar arasında işsizlik səviyyəsi daha yüksəkdir. Belə ki, qadınlar arasında işsizlik səviyyəsi 7%, kişilər arasında isə 4.9%-dir.
Vüqar Bayramov həmçinin qeyd edib ki, əmək haqqı arasındakı fərqlər qadınların kişilərə nisbətən daha az pensiya almasına səbəb olub:
“Bir sıra ölkələrdə qadınların pensiya yaşı tamam olan zaman onların pensiya kapitalı xüsusi əmsala vurularaq artırılır. Nəticədə pensiyaya çıxan qadınların aldığı pensiya məbləği avtomatik olaraq artırılır. Bu baxımdan təklif edirəm ki, oxşar təcrübədən Azərbaycanda da istifadə olunsun”.
#Milli Məclis teqi istifadə olunub
- Pensiyalarla bağlı yeni qayda | Məbləğ necə hesablanacaq? - Baku TV
- Ali təhsildə yeni dövr: Üçillik bakalavr modelinə keçid hansı hallarda mümkündür? - Baku TV
- Bank kreditlərinə alternativ üsul | Bu qanun Azərbaycanda hansı imkanları yarada bilər? - Baku TV
- Parlamentdə müzakirə: Termin dəyişikliyi vətəndaşlar üçün nəyi dəyişəcək? - Baku TV
- Termin dəyişikliyi vətəndaşlar üçün nəyi dəyişəcək? - Baku TV CANLI
