Pleyeri seçin:

Azərbaycanın enerji infrastrukturuna yönəlmiş zərbə

12 iyul 2025 566 baxış

2020-ci ilin iyul ayı… Azərbaycanın qərbində düşmənin qarşısında sipər olan Tovuz rayonu. Burada evlərin pəncərəsi səngərə açılırdı. Ordu kürəyini xalqa yaslayıb düşmənlə üz-üzə dayanmışdı. 12 iyul gecəsi atəş səsləri sükutu yarıb keçdi.

Ermənistan ordusu ilk olaraq Tovuzun Ağdam kəndi istiqamətində mövqelərimizi hədəf aldı. Bu, sadə bir post hücumu deyildi. Azərbaycanın enerji və nəqliyyat arteriyalarına yönəlmiş açıq təxribat idi. Bu zərbəyə ilk cavabı elə səngərdəki əsgərimiz verdi. Cəbhə alovlandı.

Sonrakı günlərdə cəbhədə döyüşlər daha da şiddətləndi. Səngərlərdə əsgərlərin mübarizəsi, evlərdə anaların duaları dayanmırdı. Hər atəş səsi Tovuzdan Bakıya qədər çatırdı. Ön cəbhə ilə arxa cəbhə bir yumruq kimi birləşdi.

14 iyul – bu tarix artıq təkcə təqvimdə bir gün deyil. Bu, bir millətin beynəlxalq ədalətə olan polad inamının qırıldığı, general-mayor Həşimovun şəhadətə ucaldığı məqamdır. Cəbhədə sıravi əsgərlə çiyin-çiyinə döyüşən generalın şəhid olma xəbəri bütün ölkəni sarsıtdı. Minlərlə insan Bakı küçələrində gecə ilə yürüşə çıxdı.

Tovuz qısa zamanda xalqın iradəsi ilə ordunun cəbbəxanası arasında qurulan səngərə çevrildi. Bütün hücumlar geri qaytarıldı. Üstümüzə tuşlanan hər silaha, atılan hər mərmiyə cavab verildi. Tovuz döyüşləri tarixdə bir cəbhə oldu. 

Banner
“Sən o demaqoqlara qoşulma, get evə!” | Binanın komandantı çəkilişi biləndə əl-ayağa düşdü - Baku TV

“Sən o demaqoqlara qoşulma, get evə!” | Binanın komandantı çəkilişi biləndə əl-ayağa düşdü - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 566 baxış
Hansı məhsulların qiyməti qalxacaq? - Gələn il bahalaşma ola bilər, çünki... - Baku TV CANLI

Hansı məhsulların qiyməti qalxacaq? - Gələn il bahalaşma ola bilər, çünki... - Baku TV CANLI

Cəmiyyət
28 oktyabr 2026 566 baxış
“Deyirlər, qadından siyasətçi olmaz” | Qadınların cəmiyyətdə rolu necə gücləndirilməlidir? - Baku TV

“Deyirlər, qadından siyasətçi olmaz” | Qadınların cəmiyyətdə rolu necə gücləndirilməlidir? - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 566 baxış
“O puldan xeyli yedi, camaatın əli çatmadı” | Sakinlərin başına oyun açan problem - Baku TV

“O puldan xeyli yedi, camaatın əli çatmadı” | Sakinlərin başına oyun açan problem - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 566 baxış
"Anaların balaları ilə öldüyü gündür" | Bərdə terrorunun qurbanlarının xatirəsi anıldı - Baku TV

"Anaların balaları ilə öldüyü gündür" | Bərdə terrorunun qurbanlarının xatirəsi anıldı - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 566 baxış
Xırdalanda baş verən hadisə görənləri təşvişə saldı | Sürücülər hər an təhlükə ilə üz-üzə - Baku TV

Xırdalanda baş verən hadisə görənləri təşvişə saldı | Sürücülər hər an təhlükə ilə üz-üzə - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 566 baxış
“Ruslan mənim tək övladım idi” | Bərdə terrorunda həlak olanların yaxınları danışdı - Baku TV

“Ruslan mənim tək övladım idi” | Bərdə terrorunda həlak olanların yaxınları danışdı - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 566 baxış
150 işəgötürən tərəfindən 1000-ə qədər vakansiya təqdim olunub

150 işəgötürən tərəfindən 1000-ə qədər vakansiya təqdim olunub

Cəmiyyət
28 oktyabr 2026 566 baxış
Küçədə antisanitar vəziyyət | Sakinləri narazı qoyan problem niyə həll edilmir? - Baku TV CANLI

Küçədə antisanitar vəziyyət | Sakinləri narazı qoyan problem niyə həll edilmir? - Baku TV CANLI

Cəmiyyət
28 oktyabr 2026 566 baxış
150-dən çox şirkət işçi axtarır | Bir ünvan, yüzlərlə iş imkanı! - Bakıda əmək yarmarkası - Baku TV

150-dən çox şirkət işçi axtarır | Bir ünvan, yüzlərlə iş imkanı! - Bakıda əmək yarmarkası - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 566 baxış
Seçilmişlər
icon