Pleyeri seçin:

Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumundan iki il ötür

27 yanvar 2025 558 baxış

Azərbaycanın İrandakı səfirliyinə terror hücumundan 2 il ötür.

2023-cü il yanvarın 27-də səhər saatlarında ölkəmizin İranın paytaxtı Tehrandakı səfirliyinə silahlı hücum olub.

Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı – Vasif Tağıyev və Mahir İmanov hücumun qarşısını alarkən yaralanıblar.

Orxan Əsgərov 2-ci Şəhidlər xiyabanında dəfn edilib. O, 2023-cü il fevralın 3-də ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.

Vasif Tağıyev 1-ci dərəcəli “Rəşadət” ordeni ilə, Mahir İmanov isə “Vətən uğrunda” medalı ilə təltif edilib. Terror aktını törədən Yasin Hüseynzadə saxlanılıb. Hadisədən sonra Azərbaycanın Tehrandakı səfirliyinin fəaliyyəti dayandırılıb. Səfirliyin əməkdaşları 2023-cü il yanvarın 29-da Tehrandan Bakıya təxliyə olunub. Səfirlik əməkdaşları və onların ailə üzvlərindən ibarət ümumilikdə 53 nəfər Vətənə qayıdıb.

Azərbaycanla İran arasında aparılmış danışıqlardan sonra 2024-cü il iyulun 15-dən etibarən Azərbaycanın İrandakı səfirliyi yeni ünvanda fəaliyyətini bərpa edib. Səfir və səfirliyin hazırkı heyəti İrana geri dönüb.

Ölkəmizin İrandakı səfirliyinə hücum edən Yasin Hüseynzadənin 2 il ərzində məhkəməsi keçirilib. İran Ali Məhkəməsi onunla bağlı ölüm hökmünü təsdiqləyib və iş Tehrana cinayət hökmlərinin icrasına göndərilib.

“Araz” supermarketlər şəbəkəsi müştərilərinə 15 000 hədiyyə qazanmaq imkanı təqdim edir - Baku TV

“Araz” supermarketlər şəbəkəsi müştərilərinə 15 000 hədiyyə qazanmaq imkanı təqdim edir - Baku TV

Cəmiyyət
30 sentyabr 2026 558 baxış
Normadan artıq zərərli qaz buraxan avtomobillərə nəzarət ediləcək - Baku TV CANLI

Normadan artıq zərərli qaz buraxan avtomobillərə nəzarət ediləcək - Baku TV CANLI

Cəmiyyət
30 sentyabr 2026 558 baxış
Milyardlarla insan görünməz təhlükə ilə üz-üzə qalıb | Çıxış yolu varmı? - Baku TV

Milyardlarla insan görünməz təhlükə ilə üz-üzə qalıb | Çıxış yolu varmı? - Baku TV

Cəmiyyət
30 sentyabr 2026 558 baxış
Vətəndaşlar yerüstü piyada keçidinə ayaqla qalxıb-düşürlər

Vətəndaşlar yerüstü piyada keçidinə ayaqla qalxıb-düşürlər

Cəmiyyət
30 sentyabr 2026 558 baxış
Piyadaları təngə gətirən eskalator problemi nə zaman həll olunacaq? - Baku TV

Piyadaları təngə gətirən eskalator problemi nə zaman həll olunacaq? - Baku TV

Cəmiyyət
30 sentyabr 2026 558 baxış
Ərazini su basıb, gediş-gəliş çətinləşib

Ərazini su basıb, gediş-gəliş çətinləşib

Cəmiyyət
30 sentyabr 2026 558 baxış
Yeniyetmə kulinar məharətini belə göstərdi | 14 yaşlı şirniyyatçı harada çalışmaq istəyir? - Baku TV

Yeniyetmə kulinar məharətini belə göstərdi | 14 yaşlı şirniyyatçı harada çalışmaq istəyir? - Baku TV

Cəmiyyət
30 sentyabr 2026 558 baxış
“Nə oxuduğumu bilmirəm, yarısı ingiliscə...” | Qurum və şirkətlər dil normalarını pozur? - Baku TV

“Nə oxuduğumu bilmirəm, yarısı ingiliscə...” | Qurum və şirkətlər dil normalarını pozur? - Baku TV

Cəmiyyət
30 sentyabr 2026 558 baxış
İnsanlardan uzaqlaşmaq və həvəsin azalması depressiya ilə əlaqəli ola bilər

İnsanlardan uzaqlaşmaq və həvəsin azalması depressiya ilə əlaqəli ola bilər

Cəmiyyət
30 sentyabr 2026 558 baxış
Dələduzlar bunu da etdi | Kimsə kartınıza pul göndərmək istəyirsə... - Baku TV CANLI

Dələduzlar bunu da etdi | Kimsə kartınıza pul göndərmək istəyirsə... - Baku TV CANLI

Cəmiyyət
30 sentyabr 2026 558 baxış
Seçilmişlər
icon