Azərbaycanlıların mülklərini dağıdan Xaçatryan üçün erməni hay-küyü
Yeniliklərdən dərhal xəbərdar olun
Meşəli sakinləri işğal dövründə Vaqif Xaçatryan və digər ermənilərin onlara verdiyi işgəncələri ürək ağrısı ilə danışsalar da, indi gözlərində bir ümid doğub. Cinayətkarlar 30 ildən sonra olsa da, cəzalarını alırlar.
Bu mənada Meşəli soyqırımının təşkilatçısı və iştirakçılarından olan Vaqif Xaçatryanın Azərbaycan sərhədçiləri tərəfindən saxlanılması tarixi ədalətin bərpası baxımından çox önəmlidir.
Baş Prokurorluğun məlumatına əsasən, V.Xaçatryan Azərbaycan milliyyətindən olan şəxslərin soyqırımını, deportasiyasını həyata keçirib, onların əmlakını məhv edib. Buna görə də o, Cinayət Məcəlləsinin Soyqırımı, Əhalini deportasiya etmə və ya məcburi köçürmə maddələrilə təqsirləndirilərək hələ 2013-cü ildə beynəlxalq axtarışa verilib.
Ermənilərin Vaqif Xaçatryanın geri qaytarılması üçün beynəlxalq instansiyalara müraciət etməsi onların soyqırımını dəstəklədiyini, dolayısı ilə cinayətə haqq qazandırdıqlarını nümayiş etdirir. İnsan hüquqlarının bütün normalarını pozan şəxsin azadlığı üçün İnsan Hüquqları Məhkəməsinə müraciət etmək həyasızlığın pik nöqtəsidir. Çünki V.Xaçatryan insanlıq əleyhinə cinayət törətməklə nəinki Azərbaycan, bütün bəşəriyyət qarşısında məsuliyyət daşıyır.
Bütün bunlara baxmayaraq, V.Xaçatryanın saxlanılması rəsmi Bakının qətiyyətini növbəti dəfə bütün dünyaya nümayiş etdirdi. Ermənilərin cəhdləri isə əbəsdir. Çünki Azərbaycan xalqına qarşı cinayət törədən istənilən şəxs mütləq cəzasını alacaq. Bu hadisə həm də “Laçın” sərhəd-buraxılış məntəqəsinin qurulmasının nə qədər önəmli olduğunu bir daha sübut etdi.
#Vaqif Xaçatryan teqi istifadə olunub
