Bakı Vardanyanı deaktiv etdi
Yeniliklərdən dərhal xəbərdar olun
“Azərbaycanlılar üçün sözü havaya demək mədəniyyətsizlik sayılır. Bu xalq öhdəsindən gələ bilməyəcəyi məsələyə görə söz vermir, ya da öhdəsindən gələcəyinə tam əmin olandan sonra vəd verir”.
Bu barədə “Caliber” layihəsinin yeni süjetində bildirilib. Qeyd olunub ki, Azərbaycan xalqının bu uzun əsrlik xüsusiyyəti həm də müstəqil dövlətin siyasi mədəniyyətinin bir hissəsi oldu. Azərbaycan hər zaman öz sözünə əməl edir. Bununla da beynəlxalq arenanın ehtiramını qazanıb.
Süjetdə vurğulanır ki, bir zamanlar Şuşanın azad olacağı və Azərbaycan bayrağının bu şəhərin üzərində dalğalanacağı deyilmişdi və edildi. Vəd verilmişdi ki, Bakı-Tbilisi-Axalkalaki-Qars nəhəng dövlətlərin bütün təzyiqlərinə baxmayaraq, nəyin bahasına olursa-olsun inşa ediləcək və tikildi də. Avropaya qazla bağlı yardım ediləcəyi sözü verildi, hazırda bu istiqamətdə işlər görülür və mütləq şəkildə başa çatdırılacaq.
Materialda o da vurğulanır ki, 2022 ilin avqustunda Qarabağda qəfil peyda olan Ruben Vardanyana müxtəlif vasitələrlə gerçəklər çatdırıldı, xəbərdarlıq edildi ki, boşuna planlar qurmasın, o bu yerlərə aid deyil, burada yeri yoxdur. Ancaq Vardanyan buna inanmadı. Amma artıq o, saxta kabinetindən qovulub.
#Ruben Vardanyan teqi istifadə olunub
- Talebin qalmaqallı qərarı | Ruben Vardanyana görə Bakıya gəlmir - Baku TV
- Vardanyanın qaranlıq keçmişi | Risklərdən yazan Taleb özü niyə riskə getdi? - Baku TV
- Vardanyan və digər erməniəsilli şəxslərlə bağlı hiddət doğuran çağırış - Baku TV
- Ruben Vardanyan hökmü regional güclərə ünvanlanan sərt siqnaldır? - AKTUAL GÜNDƏM
- Təcili: Ruben Vardanyanla bağlı yekun məhkəmə qərarı elan olundu - Baku TV
