Pleyeri seçin:

Bakıda metrlə torpaq satılır

28 may 2024 727 baxış

Bütün ölkə üzrə adətən torpaq sahələrinin satışı əsasən sotla aparılır. Lakin paytaxtın bəzi ərazilərində kvadratmetrlə torpaq satışına da rast gəlinir.

Maraqlıdır, torpağın bu formada satışı ərazinin az olması ilə bağlıdır, yoxsa qiymətin bahalığı ilə əlaqədardır?

Əmlakçı Yusif Quliyev Baku TV-yə açıqlamasında qeyd edib ki, kvadratmetrlə satılan torpaqlar qeyri-yaşayış sahələridir:

“Bu torpaq sahələri obyekt tikmək üçün nəzərdə tutulub. Ona görə də baha başa gəlir. Həmin torpaq sahələrində fərdi yaşayış evi tikmək mümkün deyil”.

Daşınmaz əmlak üzrə ekspert Elnur Fərzəliyev isə deyir ki, torpaqların kvadratmertlə satılması ərazilərin məhdud olması ilə əlaqədardır:

“Hansısa yüngül konstruksiyalı qeyri-yaşayış obyektinin inşası üçün təxminən 20 kvadratmetrlik torpaq sahələri satılır. Həmin torpaq sahələrinin qiyməti kəskin şəkildə bahadır. Mərkəzdə qeyri-yaşayış obyekti üçün yararlı olan torpaq sahəsinin bir kvadratmetri 10-20 min manata satılır. Bir sot torpağın qiyməti isə təxminən bir milyon manatdır”.

Ekspertin sözlərinə görə, kavdratmetrlə satılan torpaqların qiymətləri ilə bərabər həmin ərazilərdə tikilən obyektlərin icarə qiymətləri də yüksək olur. Baha olsa da, mülkiyyətçilər belə torpaq sahələrini ona görə alırlar ki, həmin ərazidə inşa etdiyi istənilən mülkiyyət növünü sonradan dəfələrlə baha qiymətə sata və icarəyə verə bilsinlər. 

21 yaşında şəhadətə ucalan qəhrəman | "Qürur duyuram ki, Kənan kimi oğulun anasıyam" - Baku TV

21 yaşında şəhadətə ucalan qəhrəman | "Qürur duyuram ki, Kənan kimi oğulun anasıyam" - Baku TV

Cəmiyyət
21 sentyabr 2026 727 baxış
Alim Qasımovun iştirak etdiyi layihə müzakirə yaratdı - Baku TV

Alim Qasımovun iştirak etdiyi layihə müzakirə yaratdı - Baku TV

Cəmiyyət
21 sentyabr 2026 727 baxış
Fermerdən 15 qəpiyə alınan məhsul bazarda necə 1,5 manat olur? - Baku TV

Fermerdən 15 qəpiyə alınan məhsul bazarda necə 1,5 manat olur? - Baku TV

Cəmiyyət
21 sentyabr 2026 727 baxış
176 ailə üçün yeni mənzillər tikiləcək | Qubadlıda müasir yaşayış məhəlləsi salınır - Baku TV

176 ailə üçün yeni mənzillər tikiləcək | Qubadlıda müasir yaşayış məhəlləsi salınır - Baku TV

Cəmiyyət
21 sentyabr 2026 727 baxış
“İstədiyim qədər pul versələr də, buna “yox” demərəm” | Səyyah Azər Qərib, əslində, kimdir?

“İstədiyim qədər pul versələr də, buna “yox” demərəm” | Səyyah Azər Qərib, əslində, kimdir?

Cəmiyyət
21 sentyabr 2026 727 baxış
Alban-Udi xristian dini icmasının üzvləri Gəncəsər məbədini ziyarət ediblər - Baku TV

Alban-Udi xristian dini icmasının üzvləri Gəncəsər məbədini ziyarət ediblər - Baku TV

Cəmiyyət
21 sentyabr 2026 727 baxış
Bakı və rayonlarda hava necə olacaq? - Baku TV CANLI

Bakı və rayonlarda hava necə olacaq? - Baku TV CANLI

Cəmiyyət
21 sentyabr 2026 727 baxış
“Keçəndə başımıza tökülür” | Yuxarı mərtəbədən gələn “sürpriz”lərdən necə qorunaq? - Baku TV

“Keçəndə başımıza tökülür” | Yuxarı mərtəbədən gələn “sürpriz”lərdən necə qorunaq? - Baku TV

Cəmiyyət
21 sentyabr 2026 727 baxış
“Şamaxinka”da beş marşrut yeni dayanacaqlardan hərəkət edəcək - Baku TV

“Şamaxinka”da beş marşrut yeni dayanacaqlardan hərəkət edəcək - Baku TV

Cəmiyyət
21 sentyabr 2026 727 baxış
“Şamaxinka”da hansı marşrutlar yeni dayanacaqlardan hərəkət edəcək? - Baku TV CANLI

“Şamaxinka”da hansı marşrutlar yeni dayanacaqlardan hərəkət edəcək? - Baku TV CANLI

Cəmiyyət
21 sentyabr 2026 727 baxış
Seçilmişlər
icon