Pleyeri seçin:

Torpaq qiyməti kəskin bahalaşdı | Artımın əsas səbəbləri açıqlandı

28 oktyabr 2024 487 baxış

Paytaxtda qiyməti on milyonlarla manat olan torpaq sahələri satışa çıxarılıb.

Elan saytlarına nəzər salanda məlum olur ki, “Ağ Şəhər” ərazisində bir sotu 195 min manat olan torpaq sahəsinin ümumi qiyməti 39 milyon manatdır.

Həmçinin metronun “Nəriman Nərimanov” stansiyasına yaxın ərazidə satışa çıxarılan torpaq sahəsinin bir sotu 781 min manat, ümumi qiyməti 25 milyon manatdır. Eyni zamanda “Şah İsmayıl Xətai” stansiyasının yaxınlığındakı torpaq sahəsinin bir sotu 104 min manat, ümumi qiyməti isə 25 milyon manatdır.

Dəyəri on milyonlarla manat olan torpaq sahələri mərkəzdən kənar ərazilərdə də mövcuddur. Belə ki, Şıxov və Xocasən qəsəbələrində qiyməti 25 milyon, Lökbatanda 22 milyon, Buzovnada 21 milyon, Mərdəkanda 20 milyon manata satışa çıxarılan torpaq sahələrinə rast gəlmək mümkündür.

Ekspert Elnur Fərzəliyev deyir ki, qiymətlərin yüksək olması yaşayış və qeyri-yaşayış sahələrinin tikintisinə yararlı torpaqların azlığı ilə əlaqədardır:

“Xüsusən də yolkənarı, qeyri-yaşayış obyektləri üçün yararlı torpaq sahələrinin satış qiymətlərində kəskin artımlar müşahidə olunur. Qiymət dəyişimi yerləşdiyi ərazidən və ümumi torpaq sahəsindən asılıdır.

Hazırda paytaxtda çoxmənzilli binaların inşası üçün torpaq sahələri məhdud və qiymətlərin baha olması səbəbindən tikinti şirkətləri daha çox qəzalı vəziyyətdə olan köhnə çoxmənzilli yaşayış binalarını sökərək onların üzərində yeni hündür mərtəbəli binalar inşa edirlər”.

Ekspert hesab edir ki, bəzi ərazilərdə qiymətlər sabit qalsa da, ümumilikdə tikintiyə yararlı torpaq sahələrinin bahalaşması davam edəcək. 

21 yaşında şəhadətə ucalan qəhrəman | "Qürur duyuram ki, Kənan kimi oğulun anasıyam" - Baku TV

21 yaşında şəhadətə ucalan qəhrəman | "Qürur duyuram ki, Kənan kimi oğulun anasıyam" - Baku TV

Cəmiyyət
21 sentyabr 2026 487 baxış
Alim Qasımovun iştirak etdiyi layihə müzakirə yaratdı - Baku TV

Alim Qasımovun iştirak etdiyi layihə müzakirə yaratdı - Baku TV

Cəmiyyət
21 sentyabr 2026 487 baxış
Fermerdən 15 qəpiyə alınan məhsul bazarda necə 1,5 manat olur? - Baku TV

Fermerdən 15 qəpiyə alınan məhsul bazarda necə 1,5 manat olur? - Baku TV

Cəmiyyət
21 sentyabr 2026 487 baxış
176 ailə üçün yeni mənzillər tikiləcək | Qubadlıda müasir yaşayış məhəlləsi salınır - Baku TV

176 ailə üçün yeni mənzillər tikiləcək | Qubadlıda müasir yaşayış məhəlləsi salınır - Baku TV

Cəmiyyət
21 sentyabr 2026 487 baxış
“İstədiyim qədər pul versələr də, buna “yox” demərəm” | Səyyah Azər Qərib, əslində, kimdir?

“İstədiyim qədər pul versələr də, buna “yox” demərəm” | Səyyah Azər Qərib, əslində, kimdir?

Cəmiyyət
21 sentyabr 2026 487 baxış
Alban-Udi xristian dini icmasının üzvləri Gəncəsər məbədini ziyarət ediblər - Baku TV

Alban-Udi xristian dini icmasının üzvləri Gəncəsər məbədini ziyarət ediblər - Baku TV

Cəmiyyət
21 sentyabr 2026 487 baxış
Bakı və rayonlarda hava necə olacaq? - Baku TV CANLI

Bakı və rayonlarda hava necə olacaq? - Baku TV CANLI

Cəmiyyət
21 sentyabr 2026 487 baxış
“Keçəndə başımıza tökülür” | Yuxarı mərtəbədən gələn “sürpriz”lərdən necə qorunaq? - Baku TV

“Keçəndə başımıza tökülür” | Yuxarı mərtəbədən gələn “sürpriz”lərdən necə qorunaq? - Baku TV

Cəmiyyət
21 sentyabr 2026 487 baxış
“Şamaxinka”da beş marşrut yeni dayanacaqlardan hərəkət edəcək - Baku TV

“Şamaxinka”da beş marşrut yeni dayanacaqlardan hərəkət edəcək - Baku TV

Cəmiyyət
21 sentyabr 2026 487 baxış
“Şamaxinka”da hansı marşrutlar yeni dayanacaqlardan hərəkət edəcək? - Baku TV CANLI

“Şamaxinka”da hansı marşrutlar yeni dayanacaqlardan hərəkət edəcək? - Baku TV CANLI

Cəmiyyət
21 sentyabr 2026 487 baxış
Seçilmişlər
icon