Pleyeri seçin:
Balakəndə qeyri-sabit hava təsərrüfatlara ciddi ziyan vurdu
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Şimal-qərb bölgəsində hökm sürən qeyri-sabit hava şəraiti ciddi fəsadlara səbəb olub. Güclü külək, leysan və dolu daha çox Balakənin Kortala və Meşəşambul kəndlərinə ziyan vurub.
Sakinlər indiyə qədər belə fəlakətlə qarşılaşmadıqlarını deyirlər. Belə ki, fərdi yaşayış evlərinin, yardımçı tikililərin dam örtüyünü külək aparıb. Kənd əhalisinin şəxsi təsərrüfatlarına, bostan və əkin sahələrinə ciddi ziyan dəyib.
Məsələ ilə bağlı Rayon Fövqəladə Hallar Komissiyasının sədri Turan Dibirov bildirib ki, 56 evə dəymiş zərər müəyyənləşdirilib: “Bununla bağlı daxili imkanlar hesabına bəzi təsərrüfatlara qurum tərəfindən müvafiq yardımlar göstərilib”.
Kopyalandı
#Balakən teqi istifadə olunub
- Toya hazırlaşarkən məhv olan ailə | "1 ailədən 3 nəfəri itirdik..." - Baku TV
- "Baxımsızlıqdan 250 min ailə qalıb" | Arıçıların başına oyun açan hadisə - Baku TV
- Balakəndə sel İtitala kənd sakinlərini ciddi çətinliklərlə üz-üzə qoydu - Baku TV
- Balakəndə ehtiyatsızlıq 43 yaşlı kişini həyatından etdi - Baku TV
- Sel suları Balakəndə həyatı iflic etdi | “Toyuq-cücə gedib, vəziyyət pisdir” - Baku TV
