Bir həkimin qazilik hekayəsi: Əlil olsam da, yenə də cəbhəyə gedərəm
Yeniliklərdən dərhal xəbərdar olun
Baku TV Vətən müharibəsi qazisi Ruslan Qurbanini ziyarət edib.
Hərbi həkim Ruslan Qurbani qazilik hekayəsindən bəhs edib. O qeyd edib ki, onların xidmət etdiyi hərbi hissə sentyabrın 27-si döyüşlər başlayan zaman Füzulinin Qaraxanbəyli istiqamətində hücuma keçib.
“Oktyabrın 10-da məlumat verildi ki, yaralı əsgərimiz var. Biz yaralının olduğu yerə gedərkən maşını vurdular. Mən və sürücümüz yaralandıq. Bir müddət Azərbaycanda müalicə olunduq. 2021-ci ilin iyun ayında qardaş ölkə Türkiyəyə müalicəmin davam etdirilməsi üçün göndərildim. 2022-ci ildə avtomobil və işlə təmin olundum”, – R.Qurbani bildirib.
Əlil olmağını qüsur kimi görmədiyini bildirən qazimiz ehtiyac olarsa, yenə də cəbhəyə getməyə hazır olduğunu deyib.
#Qarabağ teqi istifadə olunub
- Qarabağın ekoloji faciəsi gündəmə çıxarılacaq?
- Ermənistan COP17-yə ev sahibliyi edəcək | Qarabağın ekoloji faciəsi gündəmə gətiriləcək? - Baku TV
- Azərbaycanın ədalət dərsi qisas deyil, sülhdür - Baku TV
- Konfrans iştirakçılarının Qarabağ səfəri hansı məqamlarla yadda qalıb? - Baku TV
- Keçmiş köçkünlər doğma yurdlarına qayıdarkən nələr yaşadılar - Baku TV
