"Biz hələ Şərqi düz-əməlli öyrənməmişik” | Köklərimizdən uzaqlaşmaq gələcəyimizi necə dəyişdirir?
Yeniliklərdən dərhal xəbərdar olun
“Amin” verilişinin yeni buraxılışında şair, publisist Arzu Əsədlə din və müasirlik, elmin və rasional düşüncənin cəmiyyətdəki rolu, Şərq və Qərb fəlsəfəsi, milli-mənəvi dəyərlər və ailə institutunun gələcəyi barədə fikir mübadiləsi aparılıb.
Arzu Əsəd elmin digər idrak formalarından üstün tutulmasının və dini təfəkkürün köhnəlmiş yanaşma kimi təqdim edilməsinin düzgün olmadığını bildirib:
“Bugünkü rasionalizm bəşər təfəkkürünün keçdiyi bütün idrak növlərini – mifologiyanı, fəlsəfəni, dini təfəkkürü, ezoterizmi – öz içinə alan genişlənmiş bir rasionalist baxışdır”.
Şair milli-mənəvi köklərdən uzaqlaşmanın cəmiyyətin gələcəyinə təsir göstərə biləcəyini deyib. Onun sözlərinə görə, tarixi və mədəni dəyərlərin qorunması ilə yenilik və inkişaf arasında balans yaradılmalıdır.
Verilişdə ailə institutunun zəifləməsi və ailələrdə uşaq sayının azalması məsələsinə də toxunulub. Arzu Əsəd fərdiyyətçilik və şəxsi maraqların ön plana çıxmasının ailə və cəmiyyət münasibətlərinə təsir etdiyini bildirib.
O, ailə institutunun cəmiyyətin gələcəyi baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayaraq ənənəvi dəyərlərin müasir həyatla uzlaşdırılmasının vacibliyini qeyd edib.
#Amin verilişi teqi istifadə olunub
- “Maşınını, telefonunu göstərirsən, bundan bizə nə?!” - Dində və cəmiyyətdə uğur anlayışı fərqlidir?
- "Heyvan döyüşlərini əyləncəyə çevirmək vəhşilikdir" | "Heyvanı canlı hədəfə çevirmək olmaz" - AMİN
- "Psixoloq pasiyentin ruhu ilə məşğul olmalıdır" | Acı çəkməyən adam müdrik ola bilərmi? - AMİN
- "Ətrafımda ət yeyən, amma yaxşı insanlar var" | Müğənni Amina hansı fikirlərinə görə qınanılır?
- Din və müasirlik bir-birinə ziddir? - Sosial şəbəkələr alimləri niyə qorxudur? - AMİN
