Bu gün Türkiyədə Zəfər bayramıdır - Baku TV
Bir millətin bəxtinin yenidən yazıldığı, bitti deyildiyi yerdə yenidən doğulduğu tarixlər var.
Türkiyə Cümhuriyyətinin şanlı tarixində bir çox önəmli gün və bayramlar var. Bunlardan biri 30 Avqust – Zəfər Bayramıdır.
Bu bayram şanlı türk ordusunun və xalqının yazdığı bir dastanın hekayəsidir. Türk milləti tarix boyu özünün azadlığı və istiqlaliyyəti uğrunda qəti mübarizə aparıb, humanist bəşəri dəyərləri həmişə özünə ideal seçib və onların uğrunda ölüm-dirim savaşına qalxıb. Bu savaşlar gedişində 50 milyondan artıq şəhid verən türk milləti hər dəfə tarixə yeni səhifələr yazıb.
Bu bayram Türkiyə tarixinə Birinci Dünya müharibəsindən məğlub çıxan Osmanlı dövlətini işğalçı ölkələr arasında paylaşdırılması planlarının qarşısının alınması ilə əlamətdardır. O zaman böyük sərkərdə və dövlət xadimi Mustafa Kamal Atatürkün başçılıq etdiyi vətənpərvər qüvvələr bugünkü Türkiyə Cümhuriyyətini qurublar. Möhtəşəm Çanaqqala zəfəri sonradan bütün Türkiyənin, eləcə də Türk dünyasının zəfəri kimi qeyd olunmağa başlayıb.
Zəfər Bayramı günü bütün ölkədə təntənəli mərasimlər keçirilir. Dövlət rəsmiləri və vətəndaşlar Ankarada Anıtqəbiri, digər vilayət və şəhidlikləri ziyarət edib, Mustafa Kamal Atatürkə, silahdaşlarına, bütün əsgərlərin ruhuna dualar oxuyurlar. Bütün şəhərlərdə hərbi birliklər nümayiş keçirir, bundan başqa səfirliklərdə mərasimlər təşkil olunur.
#Türkiyə teqi istifadə olunub
- Türkiyə və İsrail Suriyada üz-üzə: İlk toqquşma harada baş verə bilər? - AKTUAL GÜNDƏM
- Adanada helikopter və dron dəstəyi ilə genişmiqyaslı polis əməliyyatı keçirilib - Baku TV CANLI
- İsrail və Türkiyə üz-üzə: Suriyada təhlükəli savaş başlayır? - AKTUAL GÜNDƏM
- Yunanıstanın təhlükəli hərbi planı Türkiyəni hərəkətə keçirdi - Baku TV CANLI
- Türkiyə və Özbəkistanın birinci xanımları Mehriban Əliyevanı təbrik etdilər - Baku TV
