Pleyeri seçin:

Türkiyə və Özbəkistanın birinci xanımları Mehriban Əliyevanı təbrik etdilər - Baku TV

26 avqust 2026 373 baxış

Türkiyənin birinci xanımı Əminə Ərdoğan Birinci vitse-prezident Mehriban Əliyevaya zəng edib. Əminə Ərdoğan Birinci vitse-prezident Mehriban Əliyevanı ad günü münasibətilə təbrik edərək ona möhkəm cansağlığı və yeni müvəffəqiyyətlər arzulayıb. Türkiyənin birinci xanımı Əminə Ərdoğan Mehriban Əliyevanın xeyirxah fəaliyyətinin dünyada böyük rəğbətlə qarşılandığını vurğulayıb. Azərbaycanın Birinci vitse-prezidenti göstərilən diqqətə və təbriklərə görə təşəkkür edib.

Özbəkistanın birinci xanımı Ziroat Mirziyoyeva da Birinci vitse-prezident Mehriban Əliyevaya təbrik məktubu ünvanlayıb.

"Qəlbi ən gözəl keyfiyyətlərlə, bənzərsiz zəriflik və sonsuz xeyirxahlıqla dolu olan sizin kimi bir insanla yaxın dostluğumu və səmimi münasibətlərimi son dərəcə dəyərli hesab edirəm. Sizin ictimai və dövlət həyatındakı çoxşaxəli fəaliyyətiniz təkcə Azərbaycanda deyil, bütün dünyada dərin hörmət və rəğbət qazanıb. Zərif qadın incəliyini və sarsılmaz iradəni özündə təcəssüm etdirən nurlu obrazınız Azərbaycan xalqının qürur mənbəyi, dövrümüzün layiqli və ruhlandırıcı qadınının parlaq nümunəsidir. Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, ailə səadəti, rifah və firavanlıq arzulayıram", – deyə təbrik məktubunda qeyd olunur.

Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko da Birinci vitse-prezident Mehriban Əliyevaya zəng edib. Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Azərbaycanın Birinci vitse-prezidentini ad günü münasibətilə təbrik edib, möhkəm cansağlığı və yeni uğurlar arzulayıb. Valentina Matviyenko Birinci vitse-prezident Mehriban Əliyeva ilə səmimi görüşlərini məmnunluqla xatırlayıb, onun Azərbaycan-Rusiya dostluq münasibətlərinin inkişafında rolunu vurğulayıb.

Banner
Bakı-Aşqabad əlaqələri yeni mərhələdə | “Füzulidəki məscid dostluğumuzun rəmzidir” - Baku TV

Bakı-Aşqabad əlaqələri yeni mərhələdə | “Füzulidəki məscid dostluğumuzun rəmzidir” - Baku TV

Siyasət
08 oktyabr 2026 373 baxış
Türkmənistan lideri Prezident İlham Əliyevi qarşıladı - Baku TV

Türkmənistan lideri Prezident İlham Əliyevi qarşıladı - Baku TV

Siyasət
08 oktyabr 2026 373 baxış
Prezident İlham Əliyevin Türkmənistana səfərindən görüntülər - Baku TV

Prezident İlham Əliyevin Türkmənistana səfərindən görüntülər - Baku TV

Siyasət
08 oktyabr 2026 373 baxış
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başlayıb - Baku TV

Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başlayıb - Baku TV

Siyasət
08 oktyabr 2026 373 baxış
Prezident İlham Əliyev Türkmənistanda işgüzar səfərdə - Baku TV CANLI

Prezident İlham Əliyev Türkmənistanda işgüzar səfərdə - Baku TV CANLI

Siyasət
08 oktyabr 2026 373 baxış
Məhkumların işlə təminatı: 500 işəgötürənin rəyi nə göstərdi? - Baku TV

Məhkumların işlə təminatı: 500 işəgötürənin rəyi nə göstərdi? - Baku TV

Siyasət
08 oktyabr 2026 373 baxış
İsrail 8-ci cəbhədə savaşa hazırlaşır? | Avropa Britaniyaya qapılarını açacaq? - YENİ BİR SƏHƏR

İsrail 8-ci cəbhədə savaşa hazırlaşır? | Avropa Britaniyaya qapılarını açacaq? - YENİ BİR SƏHƏR

Siyasət
08 oktyabr 2026 373 baxış
Ömer Çelik Türkiyə ilə Azərbaycanın arasına girməyə çalışan ölkələrin olduğunu bildirib - Baku TV

Ömer Çelik Türkiyə ilə Azərbaycanın arasına girməyə çalışan ölkələrin olduğunu bildirib - Baku TV

Siyasət
08 oktyabr 2026 373 baxış
Ədliyyə naziri ekspertiza sahəsində iş yükünün kəskin artdığını bildirib - Baku TV

Ədliyyə naziri ekspertiza sahəsində iş yükünün kəskin artdığını bildirib - Baku TV

Siyasət
08 oktyabr 2026 373 baxış
Sabiq kəşfiyyat rəhbərinin həbsinin yeni detalları üzə çıxıb - Baku TV

Sabiq kəşfiyyat rəhbərinin həbsinin yeni detalları üzə çıxıb - Baku TV

Siyasət
07 oktyabr 2026 373 baxış
Seçilmişlər
icon