Pleyeri seçin:
Bu kənddə elə problemlər var ki, əhali danışa da bilmədi... - Baku TV
İsmayıllının Tubukənd kəndində mövcud olan infrastruktur problemləri sakinlərin narazılığına səbəb olub.
Əvvəllər 60-70 ailənin məskunlaşdığı bu yaşayış məntəqəsində hazırda cəmi 22 sakin qalıb. Kəndlilərin ərazini tərk etməsinə yol, qaz və su xətlərinin olmaması, həmçinin elektrik enerjisinin və internet təminatının bərbad vəziyyəti səbəb olub.
Sakinlər xüsusilə qış aylarında yolsuzluqdan rayon mərkəzinə gedə bilmədiklərini, yayda isə içməli suyu bir neçə kilometr uzaqdan daşıdıqlarını bildirirlər. Hazırda ərazidə qalan azsaylı əhali yalnız kənd təsərrüfatı ilə məşğul olan şəxslərdir. Onlar da kənddə mövcud olan problemlərin həllini tapmayacağı təqdirdə ərazidən köçəcəklərini bildirirlər.
Kopyalandı
#İsmayıllı teqi istifadə olunub
- Baş Prokurorluğun təşkilatçılığı ilə İsmayıllıda silsilə tədbirlər keçirildi - Baku TV
- Basqal-Sulut avtomobil yolu çökdü - Baku TV
- "Bilmirəm ki, qışı necə yola verəcəyik" - Əhali imdad diləyir: “Bura yarandığı gündən...” - Baku TV
- Qaza həsrət qalan kəndin sakinləri görün necə problemlər yaşayır - Baku TV
- İsmayıllıda dəhşətli hadisə | Bacı-qardaş suda boğularaq həyatını itirib - Baku TV
