Cəmiyyət
Pleyeri seçin:
Bu küçədə tez-tez piyadanı maşın vurur, çünki... | Cavabdeh kimdir? - NECƏ OLMALIDIR?
"Necə olmalıdır?" rubrikasının yeni buraxılışı yayımlanıb.
Budəfəki buraxılışda paytaxtın Cəfər Cabbarlı küçəsində yol hərəkətinin təşkili məsələsinə toxunulub.
Sözügedən küçədə 1.20 xəbərdarlıq nişanı olmasına baxmayaraq, piyadalar yolu həmin hissədən qanunsuz olaraq keçirlər. Bu da potensial qəza riski deməkdir.
Həmin küçədə dəfələrlə piyada vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələri baş verib. Piyada kimi hərəkət edən şəxs məcburdur ki, yolu ya yuxarı tərəfdən, yəni Naxçıvani küçəsi ilə kəsişmədən, ya da xeyli məsafə qət edib "Nizami" stansiyasının çıxışı tərəfdən keçsin.
Görəsən, cavabdeh kimdir, piyadalar, yoxsa onları qayda pozmağa sövq edən yol infrastrukturu?
Kopyalandı
Seçilmişlər