Dövlət Sosial Müdafiə Fondundan vacib açıqlama
Yeniliklərdən dərhal xəbərdar olun
Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi məqsədilə 5-ci sosial islahat paketi çərçivəsində əmək pensiyalarının minimum məbləğinin 2025-ci il fevralın 1-dən 280 manatdan 320 manata çatdırılması nəzərdə tutulur.
Bu barədə Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.
Bildirilib ki, bütün növ əmək pensiyaları ildə bir dəfə ölkə üzrə ortaaylıq nominal əməkhaqqının ilkin artım tempinə uyğun olaraq Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən, yanvarın 1-dən indeksləşdirilir.
Sözügedən Sərəncam hər il fevral ayına təsadüf etdiyindən pensiyaların indeksləşdirilərək artırılması fevral ayında yanvar ayının 1-dən hesablanmaqla həyata keçirilir. Həmçinin yanvar ayının fərqi də fevral ayının pensiya məbləği ilə birlikdə ödənilir.
#Dövlət Sosial Müdafiə Fondu teqi istifadə olunub
- Pensiyalarla bağlı yeni qayda | Məbləğ necə hesablanacaq? - Baku TV
- Yevlaxda 3-cü qrup əlil olan ailə başçısı kömək istəyir - Baku TV
- Ürəyində 2 dənə deşik var | Aztəminatlı ailəyə sosial yardım niyə verilmir? - Baku TV
- Yeni müavinətlər kimlərə şamil olunacaq? - Bu tarixdən etibarən... - Baku TV
- Fermada yaşayan 4 uşaq anası imdad diləyir | "Ərimi bu vəziyyətdə qoyub necə işləyim?!" - Baku TV
