Ərazilərimizin minalardan təmizlənməsi üzrə fəaliyyətlər davam edir
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanın Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror tədbirləri başa çatdıqdan sonra Ordumuzun mühəndis-istehkam bölmələri tərəfindən ərazinin mina və partlamayan döyüş sursatlarından təmizlənməsi üzrə fəaliyyətlər icra edilir.
Bu barədə Müdafiə Nazirliyindən bildirilib. Məlumata görə, Ermənistan silahlı qüvvələrinin birləşmələri Kəlbəcər rayonunun Çərəktar kəndinin cənubunda Vətən müharibəsindən sonra müdafiə xətti quraraq bu istiqamətdə xeyli sayda mina basdırıb.
Sentyabrın 21-də qeyd olunan istiqamətdə Ermənistanda istehsal edilən xeyli sayda piyada və tank əleyhinə mina təhlükəsizlik qaydalarına riayət olunmaqla zərərsizləşdirilib.
“Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri ərazilərimizin minalardan təmizlənməsi üzrə fəaliyyətlərini davam etdirir”, – deyə məlumatda qeyd olunub.
#Qarabağ teqi istifadə olunub
- Qarabağın ekoloji faciəsi gündəmə çıxarılacaq?
- Ermənistan COP17-yə ev sahibliyi edəcək | Qarabağın ekoloji faciəsi gündəmə gətiriləcək? - Baku TV
- Azərbaycanın ədalət dərsi qisas deyil, sülhdür - Baku TV
- Konfrans iştirakçılarının Qarabağ səfəri hansı məqamlarla yadda qalıb? - Baku TV
- Keçmiş köçkünlər doğma yurdlarına qayıdarkən nələr yaşadılar - Baku TV
