Erməni sakinlərin xahişi nəzərə alınıb: Xankəndidə radio-televiziya yayımı bərpa edildi
Yeniliklərdən dərhal xəbərdar olun
Sentyabrın 29-da Yevlaxda Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin nümayəndələri ilə növbəti görüş zamanı radio-televiziya yayımlarının təşkili ilə bağlı onların etdiyi xahişin yerinə yetirilməsi məqsədilə bölgədəki yayım vəziyyəti araşdırılıb.
Radiomonitorinqlər nəticəsində Şuşa Radio-Televiziya Yayım Stansiyası vasitəsilə Azərbaycanın 7 radio və 9 televiziyasının Qarabağda yaşayan erməni sakinlərin maarifləndirilməsi, Azərbaycan dövlətinin çağırışlarının onlara çatdırılması üçün Azərbaycanın erməni və rus dillərində yayımlanan 101,1, 103,5 və 97,7 MHs tezliklərində FM radio və 674 MHs tezliyində rəqəmsal televiziya yayımının Xankəndi də daxil olmaqla Qarabağ bölgəsinin bir çox ərazisində qəbulu müşahidə olunub.
Bununla belə, Qarabağ bölgəsində radio-televiziya yayımlarının keyfiyyətinin və əhatə dairəsinin daha da genişləndirilməsi məqsədilə əlavə tədbirlər görüləcək.
#Qarabağ teqi istifadə olunub
- Qarabağın ekoloji faciəsi gündəmə çıxarılacaq?
- Ermənistan COP17-yə ev sahibliyi edəcək | Qarabağın ekoloji faciəsi gündəmə gətiriləcək? - Baku TV
- Azərbaycanın ədalət dərsi qisas deyil, sülhdür - Baku TV
- Konfrans iştirakçılarının Qarabağ səfəri hansı məqamlarla yadda qalıb? - Baku TV
- Keçmiş köçkünlər doğma yurdlarına qayıdarkən nələr yaşadılar - Baku TV
