Ermənilər kütləvi məzarlığı minalayıb
Yeniliklərdən dərhal xəbərdar olun
İşğaldan azad edildikdən sonra minatəmizləmə işlərinin aparıldığı bölgələrimizin siyahısı günbəgün genişlənir.
ANAMA tərəfindən həyata keçirilən bu işlər Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndini də əhatə edir. Burada kütləvi məzarlıq olduğu ehtimal edilən ərazidə minatəmizləmə işləri xüsusi həssaslıqla aparılır. Elə Minatəmizləmə Agentliyinin əməkdaşları da qeyd olunan ərazinin minalarla həddindən artıq çirkləndirildiyini vurğulayıblar.
Bildirilib ki, Birinci Qarabağ müharibəsi zamanı əsir və girov götürülən şəxslərin, onların ailə üzvlərinin ifadələri əsasında bu ərazidə kütləvi məzarlığın olma ehtimalı nəzərə alınıb və burada axtarışların aparılmasına qərar verilib. Ümumilikdə isə kəndin bütün ərazisi ermənilər tərəfindən tamamilə minalanıb.
ANAMA əməkdaşlarının işini daha çox çətinləşdirən minaların düzülüşüdür. Çünki belə olan halda xoşagəlməz sürprizlərlə qarşılaşmaq qaçılmazdır. Bu cür nizamsız basdırılmış minalar həm də ümumi axtarış prosesini ləngidir.
#Qarabağ teqi istifadə olunub
- Qarabağın ekoloji faciəsi gündəmə çıxarılacaq?
- Ermənistan COP17-yə ev sahibliyi edəcək | Qarabağın ekoloji faciəsi gündəmə gətiriləcək? - Baku TV
- Azərbaycanın ədalət dərsi qisas deyil, sülhdür - Baku TV
- Konfrans iştirakçılarının Qarabağ səfəri hansı məqamlarla yadda qalıb? - Baku TV
- Keçmiş köçkünlər doğma yurdlarına qayıdarkən nələr yaşadılar - Baku TV
