Ermənilərin əlindən ailəsini sağ çıxardı, Laçına qayıtmaq arzusu ürəyində qaldı
Yeniliklərdən dərhal xəbərdar olun
Afaq Hüseynovanın təqdimatında “Böyük Qayıdış” proqramı çərçivəsində Laçına qayıdan sakinlərlə bağlı reportaj efirə gedib.
30 ildən sonra doğma yurdlarına qayıdan Laçın sakinləri – Hürü İmranova və Əzət Behbudova həm kədərli, həm də sevincli anlar yaşayıblar.
“Laçın” yazısını görəndə kövrəldiyini deyən Hürü İmranova Laçınsız keçən illərin yuxu kimi gəldiyini bildirib:
“Hər səhər oyananda Laçında olduğumu deyirdim. Elə bil Laçın məni özünə çəkirdi. Qarabağdan eyni gündə çıxdığım qonşu ilə elə eyni gündə də bura gəldim. Laçına qayıdandan, buranın suyunu içəndən bəri özümü çox yaxşı hiss edirəm”.
Uzun illərdən sonra doğma ata-baba yurduna qayıdan Əzət Behbudova Laçındakı dağılan evinin bərpa edilməsini, ömrünün qalan illərini öz evində yaşamaq istədiyini söyləyib:
“Evim dağılıb, istəyərəm ki, mənim də evimi bərpa etsinlər. Deyir, ev evə sığır, el elə sığmır. Nə ki ömrüm qalıb öz evimdə yaşamaq istəyirəm. Qaz İdarəsi olan yerdə mənim evim var idi. İndi gedib baxıram ki, heç yeri də məlum deyil. Laçına gəldiyimə sevinirən, amma evi görəndə adam təşvişə düşür. Yenə də şükür edirəm ki, Laçına qayıtmışam”.
#Böyük Qayıdış proqramı teqi istifadə olunub
- "Biz öz doğma yurdumuza gəlmişik" | Doğma yurda qayıdan ailənin sevinci - Baku TV
- 40 ailə doğma yurduna qayıtdı | Xocavənddə xoş anlar - Baku TV CANLI
- Keçmiş köçkünlər doğma yurdlarına qayıdarkən nələr yaşadılar - Baku TV
- “Heç vaxt belə bir hiss yaşamamışam” | Doğma yurda qayıdan sakinlərin sevinci - Baku TV
- Xankəndi, Xocalı, Ağdərə və Cəbrayıla ailələr yola salındı - Baku TV
