Ermənistan orduda uşaqlardan istifadə edir
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistan tərəfindən uşaqların Silahlı Qüvvələrə və silahlı qruplara cəlb edilməsi ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin hesabatı BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının sənədi kimi yayılıb.
Bu barədə XİN-dən məlumat verilib. Bildirilib ki, sənəd Ermənistanın beynəlxalq hüquqa zidd əməllərinin növbəti dəfə ifşa edilməsi məqsədilə hazırlanıb.
Hesabatda Ermənistan tərəfindən uşaqların Silahlı Qüvvələrə və silahlı qruplara cəlb edilməsi, onlardan Azərbaycana qarşı etnik və milli nifrətin yayılması vasitəsi kimi istifadə edilməsinə dair ətraflı məlumat əks olunub.
Hesabatda açıq informasiya mənbələrindən əldə olunan məlumat, foto və videomateriallar, eləcə də məsələ ilə bağlı üçüncü tərəflərin hesabatlarında əksini tapan faktlar əsasında Ermənistanın bir sıra beynəlxalq konvensiyaların müddəalarını kobud şəkildə pozduğu diqqətə çatdırılır.
Sənəddə beynəlxalq cinayət əməllərinə görə Ermənistanın beynəlxalq hüquqi məsuliyyətə cəlb olunması və bu ölkə tərəfindən uşaqların qanunsuz olaraq Silahlı Qüvvələrə və silahlı qruplara cəlbi, onlardan istifadə olunması fəaliyyətinə son qoyulmasının təmin edilməsi üçün BMT və onun ixtisaslaşmış təsisatlarına, müvafiq mandat daşıyıcılarına müraciət olunub.
#Ermənistan teqi istifadə olunub
- Bərdənin növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür - Baku TV
- Mirzoyan AİB-lə bağlı nələrə toxundu? | İrəvanın qərarı nə olacaq? - Baku TV CANLI
- Tramp marşrutu Cənubi Qafqazda yeni geosiyasi reallıq yaradacaqmı?
- Sülh sazişi olmadan TRIPP fəaliyyətə başlasa nə baş verəcək? - Baku TV CANLI
- TRIPP sülh sazişindən öncə işə düşəcək? - Tramp marşrutu yeni geosiyasi reallıq yaradacaq? - Baku TV
