Pleyeri seçin:
“Əsas xeyirli sular buradadır” | Sakin Şuşanın özünəxas təbiəti barədə danışdı - Baku TV
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
“Oxuduğum məktəbdə indi nəvələrimin təhsil alması ən böyük xoşbəxtlikdir”.
Bu sözləri Şuşa şəhərində yaşayan ehtiyatda olan polis polkovniki Orduxan Kərimov söyləyib.
O, Şuşada həyatın yenidən canlandığını, insanların gündəlik məşğuliyyətlərə qayıtdığını vurğulayıb.
Şəhərin təbii imkanlarına da toxunan Orduxan Kərimov Şuşanın su mənbələrinin xüsusilə keyfiyyətli olduğunu bildirib: “İnsan orqanizmi üçün ən xeyirli sular Şuşadadır, burada bulaqların suyu çox keyfiyyətlidir”.
O, Şuşanın azad olunmasının böyük fədakarlıqlar bahasına başa gəldiyini qeyd edib: “Bu zirvənin alınmasında çox qan tökülüb. Onu qorumaq üçün gənc nəsil düzgün tərbiyə olunmalıdır ki, bayraqlar bir daha yerə enməsin”.
Kopyalandı
#Şuşa teqi istifadə olunub
- Xarici qonaqlar Şuşanın görməli yerlərini gəzərək şəhərlə yaxından tanış olublar - Baku TV
- İşğaldan azad edilmiş ərazidə növbəti mina partlayışı baş verib - 24 SAAT
- Şuşada mina partlayışı | Xəsarətalan var - Baku TV
- Hikmət Hacıyev diplomatik nümayəndəliklərə çağırış etdi - Baku TV
- Şuşada Meksikanın müstəqillik günü qeyd olunur - Baku TV
