Pleyeri seçin:

Ev almaq, yoxsa tikdirmək sərfəlidir? - "Mənzil alanda bunu bilmirsən ki..." - Baku TV

02 aprel 2026 819 baxış

Son illər yaşayış sahələrinin qiymətlərinin sürətlə artması ev sahibi olmaq üçün müxtəlif üsulları aktuallaşdırır.

Belə üsullardan biri də fərdi ev tikdirməkdir. Ancaq nəzərə almaq lazımdır ki, son illərdə bahalaşma torpaq sahələri və tikinti materiallarından da yan keçməyib.

Bəs istənilən halda mənzil almaq, yoxsa torpaq sahəsi alıb fərdi ev tikdirmək daha sərfəlidir?

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc ucuz torpaq sahələri tapıldığı təqdirdə, fərdi ev tikintisinin daha sərfəli olduğunu bildirir:

“Orta təmir, ilkin təmir, yaxşı təmir olmağından asılı olaraq, tikinti prosesinin hər kvadratmetri üçün təqribən 500-800 manat arasında xərc tələb olunur. Bunun üzərinə torpaq sahəsinə sərf olunan xərclər və abadlaşdırma işləri əlavə edildikdə, bir kvadratmetr təxminən 1000 manata başa gəlir. Mənzillər isə daha yüksək qiymətə təklif olunur. Şəhərdə orta qiymət təqribən 3500 manatdır. Ən yüksək qiymət isə Nəsimi rayonunda 17 min manata təklif olunur”.

Ekspert deyir ki, kiçikölçülü tikili üçün 2-3 sot, 100-150 kvadratmetrlik ev üçün 5-6 sot, daha böyük həcmdə fərdi ev tikintisi üçün isə 10-12 sot ərazi tələb olunur.

Torpaq sahələrinin qiymətləri isə əraziyə görə dəyişir. Elan saytlarına nəzər salanda məlum olur ki, Bakıətrafı ərazilərdə qiymət 1 sota görə 6 min manatdan başlayır. Bu qiymətə Saray qəsəbəsi, Fatmayi və Məmmədli kəndlərində çıxarışlı torpaq sahələri təklif olunur. Paytaxtın mərkəzinə yaxın ərazilərdə isə qiymətlər bir sota görə 55-60 min manatdan başlayır. Eyni qiymətə Əhmədli, Həzi Aslanov qəsəbəsindən də çıxarışlı torpaq sahələri almaq mümkündür.

Banner
Ölümdən qurtardığı nadir quş sakini heyrətləndirdi | “Başqa quşu yaxına buraxmır, ancaq özü...”

Ölümdən qurtardığı nadir quş sakini heyrətləndirdi | “Başqa quşu yaxına buraxmır, ancaq özü...”

Cəmiyyət
11 noyabr 2026 819 baxış
Kartınızdakı pullar anında çəkilə bilər | Saxta linklərə qarşı təcili xəbərdarlıq - Baku TV CANLI

Kartınızdakı pullar anında çəkilə bilər | Saxta linklərə qarşı təcili xəbərdarlıq - Baku TV CANLI

Cəmiyyət
11 noyabr 2026 819 baxış
Pirşağı-Novxanı-Xırdalan-M4 xətti | Sürücülər üçün alternativ marşrut açılır - Baku TV

Pirşağı-Novxanı-Xırdalan-M4 xətti | Sürücülər üçün alternativ marşrut açılır - Baku TV

Cəmiyyət
11 noyabr 2026 819 baxış
Universitet diplom verir, kadrlar hara gedir? - AKTUAL GÜNDƏM

Universitet diplom verir, kadrlar hara gedir? - AKTUAL GÜNDƏM

Cəmiyyət
11 noyabr 2026 819 baxış
Əməkhaqqınız necə hesablanacaq? - İqtisadçı detalları açıqladı

Əməkhaqqınız necə hesablanacaq? - İqtisadçı detalları açıqladı

Cəmiyyət
11 noyabr 2026 819 baxış
Heyvansevərləri narahat edən “dəyişiklik” | İçərişəhərdə nə baş verib? - Baku TV

Heyvansevərləri narahat edən “dəyişiklik” | İçərişəhərdə nə baş verib? - Baku TV

Cəmiyyət
11 noyabr 2026 819 baxış
İçərişəhərdəki pişik yuvaları yoxa çıxıb?

İçərişəhərdəki pişik yuvaları yoxa çıxıb?

Cəmiyyət
11 noyabr 2026 819 baxış
Saatlıq əməkhaqqı ilə bağlı dəyişiklik | Yenilik kimlərə şamil olunacaq? - Baku TV

Saatlıq əməkhaqqı ilə bağlı dəyişiklik | Yenilik kimlərə şamil olunacaq? - Baku TV

Cəmiyyət
11 noyabr 2026 819 baxış
“Pul istəməkdən başqa heç nə bilmir” | Bitməyən yol problemi sakinləri bezdirdi - Baku TV

“Pul istəməkdən başqa heç nə bilmir” | Bitməyən yol problemi sakinləri bezdirdi - Baku TV

Cəmiyyət
11 noyabr 2026 819 baxış
Mingəçevirdə sakinləri narazı qoyan xəstəxana problemi - Baku TV CANLI

Mingəçevirdə sakinləri narazı qoyan xəstəxana problemi - Baku TV CANLI

Cəmiyyət
11 noyabr 2026 819 baxış
Seçilmişlər
icon