Evini satan peşmandır, almaq istəyən isə çarəsiz? - Bahalaşmanın səbəbi nədir? - Baku TV
Azərbaycanın mənzil bazarında qiymət artımı davam edir. Köhnə tikililərin sökülməsi, bəzi fərdi yaşayış evlərinin plana düşməsi qiymətlərə təsir edən əsas amillər sırasında göstərilir.
Ekspertlərin fikrincə, torpaq sahələrinin azlığı öz növbəsində tikinti xərclərini artırır. Bu isə yeni mənzillərin satış qiymətlərinə təsir edir.
Əmlak eksperti Elnur Fərzəliyevin sözlərinə görə, tikinti şirkətləri yeni çoxmənzilli binalar inşa edərkən istismar müddətini başa vurmuş və qəzalı vəziyyətdə olan köhnə binaları da sökürlər. Evləri sökülən sakinlərə isə yeni binalarda tam təmirli və daha geniş sahəyə malik mənzillər təqdim olunur. Bundan əlavə, yeni mənzillər hazır olana qədər, orta hesabla üç il müddətində sakinlərin kirayə və köç xərcləri də tikinti şirkətləri tərəfindən qarşılanır.
Ekspert bildirir ki, son illərdə daşınmaz əmlak bazarında kredit hesabına alınan mənzillərin payının artması da təklifə təsir edən amillərdən biridir. Kredit öhdəlikləri olan əmlakların yenidən bazara çıxması uzun müddət tələb etdiyindən bu vəziyyət təklifi məhdudlaşdıraraq qiymətlərə təsir göstərə bilər.
Mənzil alqı-satqısı ilə məşğul olan agentliklər də bazardakı bahalaşmanı təsdiqləyirlər. Onların sözlərinə görə, alıcı aktivliyi aşağı olsa da, bəzi mənzillərin qiymətində 30-40 faizə qədər artım qeydə alınıb.
Ekspertlər qiymət dinamikasının ərazilər üzrə fərqləndiyini deyirlər. Xüsusilə, söküntü və abadlaşdırma işlərinin aparıldığı ərazilərdə torpaq sahələrinin qiymətinin 30-35 faiz arta biləcəyi qeyd olunur.
#Daşınmaz əmlak teqi istifadə olunub
- Hövsandakı xeyir-şər evi qalmaqalının pərdəarxası | Rəsmi açıqlama - Baku TV
- "Hakim öz vəzifəsindən sui-istifadə edir" | Sakinlərin iddiasına Ali Məhkəmədən cavab - Baku TV
- "10 gün vaxt verib ki, boşaldın evi" | Hakim vətəndaşın evini əlindən alır? - Baku TV
- Hansı ərazilərdə kirayə ev tutmaq əhaliyə daha da baha başa gələcək? - Baku TV
- "Harada qalacaq bu camaat?" | Mənzil qalmaqalı böyüyür, sakinləri küçədə qoyan kimdir? - Baku TV
