Pleyeri seçin:

“Əvvəl hər şeyim vardı, övladım yox idi, indi isə...” | Gözüyaşlı atanın ürəkdağlayan hekayəsi

25 iyul 2026 213 baxış

Bir vaxtlar media sahəsində çalışan Tural Rəhimov hazırda Mənzil Kommunal Təsərrüfatı Birliyində süpürgəçi kimi fəaliyyət göstərir.

O, həyatında baş verən çətinliklərdən, ailəsinin maddi durumundan və övladlarının taleyindən “Arzunun vaxtı” verilişində danışıb.

Tural Rəhimovun sözlərinə görə, uşaqlıq illəri asan keçməyib. Altı yaşında anasını, 13 yaşında isə atasını itirən Tural internat məktəbində oxuyub.

Onun həyatındakı əsas dönüş nöqtələrindən biri isə uzun illərdən sonra oğul övladının dünyaya gəlməsi olub.

Tural bildirib ki, həyat yoldaşı ilə 10 il övlad həsrəti çəkdikdən sonra Əlican dünyaya gəlib. Lakin sonradan onda serebral iflic xəstəliyi aşkarlanıb.

Ata deyir ki, övladının müalicəsini davam etdirmək üçün ailənin imkanları tükənib. Onlar evlərini və bir sıra əşyalarını satıb, kredit götürüblər. Tural məhz oğluna daha çox vaxt ayıra bilmək üçün media sahəsindəki fəaliyyətindən uzaqlaşdığını və hazırkı işinə başladığını bildirib.

“Əvvəl hər şeyim var idi, övladım yox idi. İndi övladım var, demək olar ki, dünyalarım var. Sadəcə həyatımız çox çətindir”, – deyə o qeyd edib.

Turalın birinci nikahından da qız övladı var. O, qızı ilə münasibətlərinin hazırda yaxşı olmadığını və bunun onun üçün ən ağır məsələlərdən biri olduğunu deyib.

Atanın sözlərinə görə, son söhbətlərindən birində qızı ona “Sənin kimi atanın olmağındansa, olmamağı yaxşıdır” deyib.

Tural isə qızından imtina etmədiyini, onu görmək və münasibətlərini bərpa etmək istədiyini bildirib.

Binalar üzrə elektron pasport sistemi yaradılır - Baku TV

Binalar üzrə elektron pasport sistemi yaradılır - Baku TV

Cəmiyyət
08 sentyabr 2026 213 baxış
III Beynəlxalq Opera Festivalı keçirilir - Baku TV

III Beynəlxalq Opera Festivalı keçirilir - Baku TV

Cəmiyyət
08 sentyabr 2026 213 baxış
Qonaqlar Heydər məscidində vəhdət namazı qılıblar - Baku TV

Qonaqlar Heydər məscidində vəhdət namazı qılıblar - Baku TV

Cəmiyyət
08 sentyabr 2026 213 baxış
Girdimançayın üzərindən keçən körpünün taleyi necə olacaq? - 24 SAAT

Girdimançayın üzərindən keçən körpünün taleyi necə olacaq? - 24 SAAT

Cəmiyyət
07 sentyabr 2026 213 baxış
Xırdalandakı daş sexinin fəaliyyəti sakinləri narazı saldı - Baku TV

Xırdalandakı daş sexinin fəaliyyəti sakinləri narazı saldı - Baku TV

Cəmiyyət
07 sentyabr 2026 213 baxış
Biləcəri qəsəbəsinin bitməyən yol problemi | Sakinlərin narazılığı nə vaxt həll olunacaq? - Baku TV

Biləcəri qəsəbəsinin bitməyən yol problemi | Sakinlərin narazılığı nə vaxt həll olunacaq? - Baku TV

Cəmiyyət
07 sentyabr 2026 213 baxış
Fidan Hacıyeva 50 yaşını III Beynəlxalq Opera Festivalı ilə qarşılayır - Baku TV

Fidan Hacıyeva 50 yaşını III Beynəlxalq Opera Festivalı ilə qarşılayır - Baku TV

Cəmiyyət
07 sentyabr 2026 213 baxış
Yeni tədris ilinə başlayacaq valideynlərə və tələbələrə çağırış - Baku TV

Yeni tədris ilinə başlayacaq valideynlərə və tələbələrə çağırış - Baku TV

Cəmiyyət
07 sentyabr 2026 213 baxış
Əzbər bilik, yoxsa real bacarıq?

Əzbər bilik, yoxsa real bacarıq?

Cəmiyyət
07 sentyabr 2026 213 baxış
“Sənədi pəncərədən uzatdı ki...” | Qazinin əlilliyi niyə dayandırılıb? - Baku TV

“Sənədi pəncərədən uzatdı ki...” | Qazinin əlilliyi niyə dayandırılıb? - Baku TV

Cəmiyyət
07 sentyabr 2026 213 baxış
Seçilmişlər
icon