Pleyeri seçin:

Fazil Mustafa meyxanaçı Baləlidən yazdı | Amerikada uğurlu, Azərbaycanda uğursuz bir azərbaycanlı…

13 iyun 2024 452 baxış

“Oxudum və kədərləndim. Bir alimin ölümündən böyük hansı itki ola bilər?”.

Bunu millət vəkili Fazil Mustafa öz sosial media hesabında yazıb.

“Səbzəli Cavadov xaricdə vəfat edib. 64 yaşında. 1993-2003-cü illərdə Azad Mirzəcanzadə epoxasının Ali Attestasiya Komissiyasının sədr müavini, Tibb Universitetinin professoru, tibb elmləri doktoru olub. Böyük Britaniya Kral Cəmiyyətinin üzvü seçilib.

2009-cu ildən ABŞ Puerto-Riko Universitetinin Tibb fakültəsinin professoru və laboratoriya direktoru işləyib. Onun Hirşa indeksi 50-dir, elmi əsərlərinə 9 min dəfədən çox istinad edilmişdir. Patentləri, elmi məqalələri nə qədər desən. Ruhu şad olsun. Amerikada uğurlu, Azərbaycanda uğursuz bir azərbaycanlıdan söhbət gedir. Şübhəsiz ki, Səbzəli müəllimin elmi əsərlərinə istinad edənlərin 95 faizi heç azərbaycanlı deyil.

Qəribədir ki, bu torpaq uğursuz Səbzəli ilə yanaşı, həm də uğurlu meyxana ustası Baləli yetişdirir. Əslində, adlar meyxana qafiyəsinə uyğun gəldiyinə görə belə bir müqayisəyə yönəlmiş oldum. Ötən gün təsadüfən qarşıma çıxdı ki, Baləlinin mağaza açılışına təşrif gətirdiyi və böyük qələbəlik yaradan milli selfiçəkdirən azərbaycanlıların sevgi görməmişliyindən qorumaların köməyi ilə qurtulduğu videoçarxı 1 milyon 999 min soydaşımız izləyib və bunların 900 mini rəy yazaraq öz sevgisini izhar edib.

Bu o deməkdir ki, 1 milyon 999 min soydaşımız Baləlinin şifahi yaradıcılığına istinad edib. İstinad sayında Səbzəli açıq-aşkar Baləliyə uduzur. Sadəcə bir məqam düşündürücüdür: ABŞ-də uğurlu insan Səbzəli, Azərbaycanda isə Baləli obrazında göz önünə gəlir. Səbzəli müəllimə rəhmət, Baləli müəllimə də can sağlığı!”, – o qeyd edib.

Banner
"Müharibəni hiss etdik" | Altı il əvvəl Gəncədə yaşanan dəhşətli gecə unudulmur - Baku TV

"Müharibəni hiss etdik" | Altı il əvvəl Gəncədə yaşanan dəhşətli gecə unudulmur - Baku TV

Cəmiyyət
05 oktyabr 2026 452 baxış
"Bu cəbhədə döyüşmək çox qürurludur" | "Xəzər TV" 19 yaşını qeyd edir - Baku TV

"Bu cəbhədə döyüşmək çox qürurludur" | "Xəzər TV" 19 yaşını qeyd edir - Baku TV

Cəmiyyət
05 oktyabr 2026 452 baxış
Sosial ödənişlər artırılacaq

Sosial ödənişlər artırılacaq

Cəmiyyət
05 oktyabr 2026 452 baxış
“Bircə o qalıb ki, evimizi uçuraq” | Mingəçevir sakinlərindən sərt etiraz - Baku TV

“Bircə o qalıb ki, evimizi uçuraq” | Mingəçevir sakinlərindən sərt etiraz - Baku TV

Cəmiyyət
05 oktyabr 2026 452 baxış
Orta gəlirli ailə üçün ev sahibi olmaq niyə çətinləşib? - AKTUAL GÜNDƏM

Orta gəlirli ailə üçün ev sahibi olmaq niyə çətinləşib? - AKTUAL GÜNDƏM

Cəmiyyət
05 oktyabr 2026 452 baxış
Sakinlər qəbiristanlığın ətrafına atılan tullantılardan təngə gəlib

Sakinlər qəbiristanlığın ətrafına atılan tullantılardan təngə gəlib

Cəmiyyət
05 oktyabr 2026 452 baxış
"44" bədii filmi 15 oktyabrdan ölkənin bütün kinoteatrlarında - Baku TV

"44" bədii filmi 15 oktyabrdan ölkənin bütün kinoteatrlarında - Baku TV

Cəmiyyət
05 oktyabr 2026 452 baxış
"Qoxudan dayanmaq olmur..." | Mehdiabadda antisanitar vəziyyət - Göl zibil poliqonuna çevrilib?

"Qoxudan dayanmaq olmur..." | Mehdiabadda antisanitar vəziyyət - Göl zibil poliqonuna çevrilib?

Cəmiyyət
05 oktyabr 2026 452 baxış
"Keçən ay 3 həftə lift işləmədi..." | Binəqədi sakinlərinin bitməyən lift problemi - Baku TV

"Keçən ay 3 həftə lift işləmədi..." | Binəqədi sakinlərinin bitməyən lift problemi - Baku TV

Cəmiyyət
05 oktyabr 2026 452 baxış
Yarım əsrlik binada narazılıq: sakinlər nə tələb edir? - Baku TV CANLI

Yarım əsrlik binada narazılıq: sakinlər nə tələb edir? - Baku TV CANLI

Cəmiyyət
05 oktyabr 2026 452 baxış
Seçilmişlər
icon