Pleyeri seçin:

FHN-dən azad olunmuş ərazilərlə bağlı təcili xəbərdarlıq

15 iyul 2025 539 baxış

Fövqəladə Hallar Nazirliyi havaların isinməsi ilə azad edilmiş ərazilərdə artan yanğın təhlükəsinə dair müraciət edib.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

"Havaların isinməsi ilə əlaqədar yanğınların başvermə və sürətlə yayılma təhlükəsini, habelə işğaldan azad olunmuş ərazilərimizdə meşə fondu, flora və faunanın zənginliyini nəzərə alsaq, yanğın təhlükəsizliyi ilə bağlı kiçik ehtiyatsızlıq və ya məsuliyyətsizlik böyük fəsadlara səbəb ola bilər. Həmin ərazilərdə çoxsaylı minaların basdırılması isə yanğınların söndürülməsi işini çətinləşdirir.

Fövqəladə Hallar Nazirliyi tərəfindən aparılan kütləvi maarifləndirmə işlərinə baxmayaraq, xüsusilə son günlər Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının ərazilərində müxtəlif istiqamətlərdə açıq sahə və meşə massivlərində yanğınlar qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyi işğaldan azad olunmuş ərazilərdə yaşayan və fəaliyyət göstərən, eləcə də müxtəlif məqsədlərlə həmin ərazilərə səfər edən vətəndaşlara müraciət edərək xüsusilə havaların isti və quraq keçdiyi yay aylarında yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməyə və bununla da Qarabağ və Şərqi Zəngəzurumuzun füsunkar təbiətinin, fauna və florasının qayğısına qalmağa çağırır.

Belə ki, müəssisə və təşkilatlarda yanğına qarşı rejimə ciddi əməl olunmalı və yanğına səbəb ola biləcək hallara yol verilməməli, fərdi yaşayış evləri, təsərrüfat və istehsalat müəssisələrinin həyətləri quru ot və tullantılardan vaxtaşırı təmizlənməli, siqaret və ya kibrit yalnız tam söndürüldükdən sonra zibil qablarına atılmalı, habelə yanar mayelərlə islanmış materiallar, eləcə də şüşə qab və şüşə qırıntıları ətrafa atılmamalı, təbiət qoynunda tonqal (ocaq) xüsusi yerlərdə qalanmalı və ya bu məqsədlə ağac altı olmayan, ətrafında quru ot və kol-kos, ağac qırıntılarının olmadığı yer seçilməli və ətrafdakı otlar 0,5-1 metr radiusda təmizlənməlidir", ‒ məlumatda bildirilib.

JAECOO J8 Azərbaycan yollarında sərt sınaqdan keçdi - Baku TV

JAECOO J8 Azərbaycan yollarında sərt sınaqdan keçdi - Baku TV

Cəmiyyət
16 sentyabr 2026 539 baxış
"Heç kəs burada zorakılıq göstərə bilməz" | Tələbələr iddialarla bağlı danışdı - Baku TV

"Heç kəs burada zorakılıq göstərə bilməz" | Tələbələr iddialarla bağlı danışdı - Baku TV

Cəmiyyət
16 sentyabr 2026 539 baxış
"Onların etdiyi zülm idi" | Yəhya Bakuviyə həsr olunmuş konfrans Ağdamda davam edir - Baku TV

"Onların etdiyi zülm idi" | Yəhya Bakuviyə həsr olunmuş konfrans Ağdamda davam edir - Baku TV

Cəmiyyət
16 sentyabr 2026 539 baxış
Əhalinin nəzərinə | Hava şəraiti sizi yenə çaşbaş qoyacaq? - Baku TV CANLI

Əhalinin nəzərinə | Hava şəraiti sizi yenə çaşbaş qoyacaq? - Baku TV CANLI

Cəmiyyət
16 sentyabr 2026 539 baxış
"Yemək yoxdur, toz-torpağın içindəyik" | TIR sürücüləri niyə 2 həftədir növbə gözləyir? - Baku TV

"Yemək yoxdur, toz-torpağın içindəyik" | TIR sürücüləri niyə 2 həftədir növbə gözləyir? - Baku TV

Cəmiyyət
16 sentyabr 2026 539 baxış
ADMİU tələbələri ilə bağlı sensasiya yaradan görüntülər - Baku TV CANLI

ADMİU tələbələri ilə bağlı sensasiya yaradan görüntülər - Baku TV CANLI

Cəmiyyət
16 sentyabr 2026 539 baxış
Mərdanov qardaşları küçəsində nə baş verir?

Mərdanov qardaşları küçəsində nə baş verir?

Cəmiyyət
16 sentyabr 2026 539 baxış
“Ağacla gəzirəm, mümkün deyil axı orada...” | Əmircan sakinləri təşviş içində - Baku TV

“Ağacla gəzirəm, mümkün deyil axı orada...” | Əmircan sakinləri təşviş içində - Baku TV

Cəmiyyət
16 sentyabr 2026 539 baxış
Bakıda maşın yolunu zəbt etdilər, sakinlər özündən çıxdı - Baku TV

Bakıda maşın yolunu zəbt etdilər, sakinlər özündən çıxdı - Baku TV

Cəmiyyət
16 sentyabr 2026 539 baxış
Canlı yayımda dəhşətə gətirən söhbət | ADMİU-da qalmaqal | "Orada etdiklərini hamı bilir" - Baku TV

Canlı yayımda dəhşətə gətirən söhbət | ADMİU-da qalmaqal | "Orada etdiklərini hamı bilir" - Baku TV

Cəmiyyət
16 sentyabr 2026 539 baxış
Seçilmişlər
icon