FHN dövlət sərhəd xidmətinin hərbi hissəsində təlim keçirib
Yeniliklərdən dərhal xəbərdar olun
Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Dövlət Sərhəd Xidmətinin Lənkəran şəhərində yerləşən “N” saylı hərbi hissəsində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda təlim keçirilib.
Təlimdə nazirliyin aidiyyəti yerli strukturlarının müvafiq qüvvələri və hərbi hissənin şəxsi heyəti iştirak edib.
Təlim iki hissədən ibarət olub. Nəzəri hissə çərçivəsində təbii və texnogen xarakterli fövqəladə hadisələr, o cümlədən yanğınlar zamanı düzgün davranış, ilkin yanğınsöndürmə avadanlıqları və fərdi mühafizə vasitələrindən istifadə qaydaları, eləcə də yanğın təhlükəsizliyinin əsas tələbləri barədə hərbi hissənin şəxsi heyətinə geniş məlumat verilib.
Təlimin praktiki hissəsində isə şərti nəqliyyat qəzası zamanı deformasiyaya uğrayan avtomobildən “zərərçəkmişlər” xüsusi xilasetmə alət və avadanlıqlarından istifadə edilməklə xilas olunaraq onlara “təxirəsalınmaz ilkin yardım” göstərilib, eyni zamanda qəza zamanı yaranan “yanğın” qısa vaxt ərzində söndürülüb.
#Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti teqi istifadə olunub
- "Göytəpə"də sərhədi pozmağa çalışan silahlı şəxs zərərsizləşdirildi - ƏSAS XƏBƏR
- Dövlət sərhədini pozmaq cəhdinin qarşısı alınıb - ANA XƏBƏR
- DSX əməliyyat keçirdi | Qaçaqmalçılığın qarşısı alındı - Baku TV CANLI
- Dövlət Sərhəd Xidməti İranla sərhəddə təcili əməliyyat keçirdi - Baku TV CANLI
- İlham Əliyev DSX-nin bir sıra hərbi qulluqçularını təltif etdi - Baku TV
