"Hamınız üstümə niyə cumursunuz?!" | Stadionla bağlı məsələ sakinləri özündən çıxardı - Baku TV
Quba rayonunun Kürkün kənd sakinləri uzun illərdir istifadə etdikləri futbol meydançasının satıldığını iddia edirlər. Vətəndaşlar bildirirlər ki, artıq onlara stadiondan istifadəyə qadağa qoyulacağı ilə bağlı xəbərdarlıq da edilib.
Məsələ ilə bağlı Baku TV-nin qaynar xəttinə müraciət edən sakinlər aidiyyəti qurumlardan problemin həll olunmasını və stadionun onların istifadəsində saxlanılmasını tələb edirlər.
"Bu ərazidən 60-70 ildir ki, stadion kimi istifadə olunur. Lakin bu yaxınlarda torpağı özəlləşdirib sənəd alıblar. Kəndimizin relyefi dağlıq olduğu üçün futbol oynamağa başqa heç bir uyğun yer yoxdur", – sakinlərdən biri söyləyib.
Digər bir kənd sakini isə bildirib:
"Biz daim bu meydançadan istifadə edirik. Axşamlar burada toplaşır, futbol oynayır və asudə vaxtımızı keçiririk. Əgər bu meydança da əlimizdən alınsa, kənd gənclərinin asudə vaxtını səmərəli keçirməsi üçün heç bir şərait qalmayacaq".
#Quba teqi istifadə olunub
- "Dini ənənələrimizi əsrlərdir qoruyuruq" | Dağ yəhudilərinin Roş Ha-Şana bayramı - Baku TV
- "Kim mən bişirəndən yeyirsə, bir də gəlir" | Turistlərin ürəyi getdiyi Quba qutabı - Baku TV
- "İstədi ki, tövləyə girsin" | Ayılar kəndlərdə niyə görünməyə başlayıb? - Baku TV
- Ayılar bu kəndlərə girib dəhşət saçdı | Sakinlər qorxu içində qalıb - Baku TV
- 6 kəndi birləşdirən alternativ yol sürücülərin işini daha da çətinləşdirdi - Baku TV
