HDQ-nin "N" saylı hərbi hissəsinin yaranması günü qeyd edilib
Yeniliklərdən dərhal xəbərdar olun
28 May – Müstəqillik Günü ərəfəsində Hərbi Dəniz Qüvvələrinin (HDQ) "N" saylı hərbi hissəsinin yaranmasının 32-ci ildönümü münasibətilə “Açıq qapı” günü keçirilib.
İctimaiyyət nümayəndələri, şəhid ailələri və hərbi qulluqçuların yaxınlarının iştirak etdiyi tədbirdə Müdafiə Nazirliyinin rəhbər heyətinin təbrikləri şəxsi heyətə çatdırılıb.
İştirakçılara hərbi hissənin yaranması və döyüş yolu barədə ətraflı məlumat verilib. Qeyd edilib ki, hərbi hissə yarandığı gündən torpaqlarımızın ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında daim rəşadətlə vuruşub.
Vətənimizin müdafiəsi zamanı qarşıya qoyulan tapşırıqların öhdəsindən layiqincə gəldiyinə görə hərbi hissənin bir çox hərbi qulluqçusu müxtəlif orden və medallar ilə təltif olunublar.
Sonra qonaqlar dəniz xüsusi təyinatlılarının nümunəvi çıxışlarını izləyiblər. Hərbi xidmətdə fərqlənən bir qrup hərbi qulluqçu fəxri fərman və qiymətli hədiyyələrlə təltif olunublar.
#Hərbi Dəniz Qüvvələri teqi istifadə olunub
- Putin amerikalılarla nə danışdı? | Heqset İranı hədələdi | Hava kəskin dəyişəcək - YENİ BİR SƏHƏR
- Prezidentin sosial media hesablarında HDQ qərargahını ziyarətinə dair videoçarx paylaşılıb - Baku TV
- İlham Əliyev Hərbi Dəniz Qüvvələrində mühüm iclas keçirdi
- Məşhəddə “Bəsic” üzvlərinə atəş açılıb
- Almaniya Şimali Atlantikada mövqeyini belə gücləndirir
