Hərbi qulluqçularımız Qarsda keçirilən “Qış təlimi – 2025”də iştirak etdi
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyənin Qars şəhərində keçirilən beynəlxalq “Qış təlimi-2025”də iştirak edən hərbi qulluqçularımız yüksək peşəkarlıq nümayiş etdirirlər.
Müxtəlif ölkələrdən 12 mindən çox hərbi qulluqçunun iştirak etdiyi təlimdə əməliyyatlar zamanı bölmələrlə qarşılıqlı əlaqənin təmin edilməsi, döyüş vərdişlərinin yoxlanılması, atəşin idarə olunması, həmçinin axtarış-xilasetmə tədbirləri və döyüş təminatı üzrə fəaliyyətlər həyata keçirilir.
Təlimin ssenarisinə uyğun olaraq, artilleriya qurğuları, zirehli texnika, döyüş təyyarələri və helikopterlərdən qeyri-qanuni silahlı birləşmələrin sığınacaqları, texnikası və canlı qüvvəsinin məhv edilməsi üzrə tapşırıqlar yerinə yetirilib.
Həmçinin çətin hava şəraitində təyyarələrdən endirilən taktiki hava desantı qrupları dağlıq ərazidə döyüş tətbiqi üzrə tapşırıqları icra ediblər. Çoxmillətli “Qış təlimi-2025”də bölmələrimiz ölkəmizi layiqincə təmsil edirlər.
#Azərbaycan Ordusu teqi istifadə olunub
- 62 nəfərlik qrupun aqibəti - QARABAĞ XRONİKASI
- Xudafərin körpüsünün işğaldan azad olunmasından altı il ötür - Baku TV
- Oktyabrın 17-si Füzuli Şəhəri Günüdür - Baku TV
- Hadrut uğrunda döyüş: Paşinyanın hesablamaları niyə alt-üst oldu? - QARABAĞ XRONİKASI
- Azərbaycanın yeni müdafiə strategiyası: ordu üçün nə dəyişəcək? - AKTUAL GÜNDƏM
