Pleyeri seçin:
Hərəkət necə olacaq? | Metrodakı təmirlə bağlı nəqliyyatda nələr dəyişəcək? - Baku TV
Bakıda metro xətlərinin ayrılması layihəsi ilə bağlı mühüm dəyişiklik qüvvəyə minib.
Avqustun 15-dən “28 May” və “Nizami” stansiyaları arasında qatarların hərəkəti 10-11 ay müddətinə dayandırılıb.
Məqsəd qırmızı və yaşıl xətləri ayırmaq, metroda sıxlığı və qatarlararası intervalı azaltmaqdır.
Sərnişinlərin rahatlığı üçün 6 yeni ekspres avtobus marşrutu istifadəyə verilib, bir sıra müntəzəm marşrutlarda isə avtobusların sayı artırılıb.
Layihə başa çatdıqdan sonra “28 May” və “Cəfər Cabbarlı” stansiyaları arasında yeni keçidlərin istifadəyə verilməsi də planlaşdırılır.
Sərnişinlərə alternativ marşrutlardan istifadə etmək və səfərlərini əvvəlcədən planlaşdırmaq tövsiyə olunur.
Kopyalandı
#Bakı Metropoliteni teqi istifadə olunub
- Yeni nəqliyyat layihəsi şəhərdə gediş-gəlişi necə dəyişəcək? - ANA XƏBƏR
- Paytaxtda yeni nəqliyyat layihəsi | Kanatla sərnişindaşıma tıxacları azalda bilər? - Baku TV
- Kanat yolları hansı ərazilərdə olacaq? - Bakı nəqliyyatında nə dəyişəcək? - Baku TV CANLI
- Metro istifadəçiləri üçün mühüm dəyişiklik qüvvəyə minir - Baku TV
- Sərnişinlərə şad xəbər | Bu stansiyalara giriş nə qədər müddət ödənişsiz olacaq? - Baku TV
